Samsung-un reklam platforması bu il fəaliyyətə başlayacaq


Mobil sektorun ən böyük oyuçularından biri halına gələn Samsung, əlindəki gücdən maksimum fayda əldə etmək adına işlərini davam etdirir. The Wall Street Journalın xəbərinə görə; Samsung, OpenX Technologies ilə şəriklik edərək bir reklam platforması qurma yolunda işlərə başladı.
OpenX platforması həm open source adserver texnologiyası təqdim edir. Bu platformadan Azərbaycanda da Adsahil yararlanır. Həm də OpenX özü bir reklam xidməti təklif edir. Bazarda da kifayət qədər uzun müddətdir yer alırlar. Böyük oyunçu olmasalar da Samsungla olan şəriklik onları qabağa apara bilər. Hətta Samsung işləri böyütsə, OpenX-i satın ala da bilər.

Samsun qurduğu, adının «AdHub Market» olması gözlənilən platformanın, bu ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir. Samsung tərəfindən çıxarılan mobil telefonlarda və planşetlərdə çalışacaq olan platformanın Apple-ın iAds-inə bənzər bir modeldə işləməsi gözlənilir. AdHub Marketin ən diqqət çəkici xüsusiyyəti olaraq isə, reklamverenlere Samsung cihazlarında çalışan tətbiqlərə reklam yerləşdirməsinə icazə verəcək olması gözə dəyir.

Bu addımdan sonra, Samsung mobil platformalardakı şəriki Google ilə də reklam sahəsində rəqib olacaqlar. Google ilə Samsung arasındakı vəziyyətin necə inkişaf edəcəyini isə zaman göstərəcək.

AdHub-ın tanıtım səhifəsi isə belədir — www.samsungadhub.com/pr/samsungAd/main.do

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2168
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər