Microsoft-dan yeni notebook: Surface Go



Microsoft ailəsinə yeni qoşulan Surface Go modeli 10 düym böyüklüyünə sahib Windows 10 prosessor sistemli və sensor ekranlı bir kompüterdi. Bu kompüter ölkəmizdə çox tapılmasa da Surface modelləri Microsoft-un ən önəmli məhsulları arasındadır. Xüsusiylə ABŞ-da çox geniş istifadə edilən bu kompüter ailəsində bir çox model yer alır. Daşınabilən, tablet tərzində modellər olan Surface məhsulları ailəsinə biri daha qatıldı.



Surface Go texniki xüsusiyyətləri:
Daha balaca ekranlı və yüngül bir model axtaranlara yönəlik olan Surface Go isimli yeni notebook 10 düym 1800 x 1200 piksel ekran, 3:2 ekran nisbəti, ön üzdə daxili kamera, USB 3.1 Type-C əlaqəli razetkası (həm enerji, həm də məlumat ötürülməsi üçün), İntel Pentium Gold 4415Y prosessor və 4/8 GB RAM, 64/128 GB saxlama xüsusiyyətləri ilə 399 dollardan başlayan ABŞ qiymətləri ilə satışa çıxdı. Windows S prosessor gələn Surface Go-nun indilik sadəcə Wi-Fi modeli var. Kompüterin bu ilin sonlarına doğru LTE dəstəyi (yəni SİM kart üzərindən internetə bağlana bilən) modelinin bazara təqdim olunacağı açıqlandı.
Digər tərəfdən tablet kompüterin prosessor sistemi olan Windows S ödənişsiz olaraq Windows 10-a yüksəldilə bilir.

Surface Go günlük ehtiyaclar üçün yetərli bir kompüterdi
İnternetə girmək, Office qovluqlarını nizamlamaq, video izləmək və bu kimi günlük işləri rahatlıqla edən Surface Go-nun ekranı xüsusi bir sistem ilə ayaqda durabiləcək şəkildə dizayn olundu. Klavyaturası ilə örtüyünə inteqrasiya olaraq istifadə oluna bilən kompüter eyni zamanda stylus pen qələm dəstəyi də təqdim edir. Ancaq bu qələmi 99 dollar verərək ayrıca satın almaq lazımdır.

Surface Go videosu da yayınlandı
Microsoft yeni model üçün bir video da yayınladı. Videoda Surface Go modelinin ümumi xüsusiyyətlərindən danışılır. Həmin video üçün aşağıdakı linkə daxil ola bilərsiz:


Rəqiblərindən fərqli olaraq normal bir prosessor sistemi təcrübəsi təqdim edən Surface Go bir tərəfdən Chrome Book, digər tərəfdən isə iPad modelləriylə rəqabət edir. ABŞ-da xüsusiylə Windows istifadəçilərinin gözləntilərini qarşılayan Surface ailəsinin bu yeni modeli özəlliklə qadınlar və tələbələrin bəyəndiyi bir məhsuldu.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
185
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər