“Microsoft” kibertəhlükələrə qarşı yeni alətlər təqdim edib


“Microsoft” korporasiyası məlumatları və korporativ şəbəkələri daha ciddi müasir təhlükələrdən qorumaq, eləcə də, əşyaların interneti (“Internet of Things” – IoT) cihazlarına yönəlmiş zərərverici proqram təminatının yeni növləri ilə mübarizə aparmaq məqsədilə yeni əqli alətlər hazırlayıb. “Microsoft”un məqsədi – buluddan son cihazadək kompleks müdafiəni təmin etmək üçün kibertəhlükəsizlik ekosistemini inkişaf etdirməkdir.:.

Yeni nəsil cihazlarının təhlükəsizliyini təmin etmək məqsədilə “Microsoft” – mikrokontrollerlər bazası əsasında “ağıllı” periferiyanın yüksək səviyyədə qorunan cihazları ilə həllərin yaradılması üçün bu sahədə ilk kompleks platforma olan “Azure Sphere”ni təqdim edir. Platformaya tamamilə yeni sinfə aid, əvvəlkindən 5 dəfə güclü olan mikrokontrollerlər, IoT sistemlərinin təhlükəsizliyini təmin etmək üçün xüsusi əməliyyat sistemi, həmçinin bütün “Azure Sfera” cihazları üçün “açar təslimi” bulud müdafiə xidməti daxildir. “Azure Sfera” sayəsində “Microsoft” korporasiyası «ağıllı» periferiya sərhədlərini genişləndirərək cihazların tamamilə yeni kateqoriyalı cihazların məhsuldarlığını və təhlükəsizliyini təmin edir.

“Ötən ilin dağıdıcı kiberhücumları göstərdi ki, təhlükəsizlik təhdidləri inkişaf edirək daha da ciddi xarakter alır. Texnologiyalar sektoru innovasiyalar vasitəsilə bu təhdidlərin önünə keçməsi üçün böyük səy göstərməlidir. Bugünkü addımlar nəinki buludda, eləcə də qlobal kompüter şəbəkələri sərhədlərində fəaliyyət göstərən milyardlarla yeni cihazlarda təhlükəsizlik sahəsində mühüm nailiyyətləri əlçatan edir”, — deyə “Microsoft”un prezidenti və baş hüquq məsləhətçisi Bred Smit bildirib.

Təhdidləri dərhal aşkar etmək və onlara operativ şəkildə reaksiya vermək üçün istifadə olunan əqli alətlər və məlumat bazaları müvafiq siqnalların əlavə edilməsi ilə təkmilləşdirilir. Maşın təlimi alətlərinin effektivliyi onların əldə etdiyi məlumatların keyfiyyətindən asılıdır. “Microsoft”un təhlükəsizlik həlləri “Microsoft Intelligent Security Graph”a daxil olan trilyon müxtəlif siqnalların emalının nəticələrindən istifadə edir.

Təhlükəsizlik alətlərinin böyük hissəsi daha miqyaslı potensial təhdidin yalnız bir fraqmenti barədə məlumat verərək hücum barədə qərarı məhdud nöqteyi-nəzərdən qəbul edir.

“Intelligent Security Graph”da ayrı-ayrı alətləri birləşdirməklə təhlükəsizlik üzrə mütəxəssislər məlumatların daha məzmunlu modellərini əldə edəcəklər ki, bu da təhdidlərin daha sürətlibir aşkar edilməsinə və onlara reaksiya göstərilməsinə imkan yaradacaq.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
185
Reytinq
1.19

1 şərh

Alexjuvion
Delighted to know about new tools for cyber threats Microsoft introduced by Microsoft. The pupils would be happy to use new intelligence tools to protect data and corporate networks from more sophisticated threats, as they are using their services to writer their assignment with the help of Best quality coursework experts who are working at Quality Assignment. It is wonderful tool to targeted at the Internet of Things (IoT) devices. Assignment. It is wonderful tool to target at the Internet of Things (IoT) devices.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər