“Microsoft Azerbaijan”dan “Made in Azerbaijan” əqli mülkiyyət məhsulları


“Microsoft” korporasiyası Baku Expo Mərkəzində dekabrın 5-dən 8-dək 23-cü “Bakutel” informasiya-kommunikasiya texnologiyaları sərgisində iştirak edib.
Sərginin ikinci günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Leyla Əliyevaya şirkətin stendində nümayiş olunan bir sıra innovativ texnologiyalar, həmçinin “Microsoft” texnologiyaları üzərində qurulmuş “Made in Azerbaijan” əqli mülkiyyət məhsulları təqdim olunub.
Dövlət başçısına məlumat verən “Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf prioritetlərindən biri də IT sahəsidir. Məhz bunu əsas götürərək, şirkətimiz yerli IT startaplara dəstək verir.

Həmçinin, stenddə cənab prezidentə “Microsoft” şirkətinin platformasında hazırlanan yerli tədbiqlər nümayiş olunub. Tədbiqlərdən böyük marağa səbəb playmusic.az haqqında ətraflı məlumat verilib. Bildirilib ki, tədbiq Azərbaycanda ilk leqal müsiqi kontentini cəmləyən portaldır.
Təqdimat sonrası dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və Leyla Əliyeva şirkət nümayəndələri ilə stendin qarşısında xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, “Microsoft Azerbaijan” şirkətinin dörd zonadan ibarət stendində ayrılıqda səhiyyə, təhsil və innovasiya sahələrində olan məhsullar və “Made in Azerbaijan” əqli mülkiyyət məhsulları nümayiş olunub. Stendin “Made for Azerbaijan” bölməsində isə Azərbaycanın innovasiya potensialını artıracaq layihələr təqdim olunmuşdur.
“Microsoft” Korporasiyasının təmsilçiliyi Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Microsoft-Azərbaycanın əsas məramı Azərbaycanın tam potensialını həyata keçirilməsinə dəstək göstərməkdir. Təmsilçiliyin məqsədi Microsoft Korporasiyasının ən son məhsul və həllərinin daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın strateji inkişaf məqsədlərinə çatmasına xidmət etməkdir.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
183
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər