Gəncədə ilk dəfə “DigiGirlz” konfransı keçirilib


“Microsoft Azerbaijan” şirkəti Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Gəncədə ilk dəfə qızların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş “DigiGirlz” konfransını təşkil edib.

“Microsoft” bu təşəbbüslə bütün dünyada çıxış edir və artıq dördüncü il ardıcıl olaraq sözügedən konfrans Azərbaycanda təşkil olunur. “Microsoft Azerbaijan” şirkətinin komandası Gəncənin 4 və 27 saylı məktəblərini ziyarət edib. Görüşdə Azərbaycan və rus sektorlarının 6-cı siniflərində təhsil alan məktəbli qızlar iştirak edib. Görüş zamanı qızlara sürətlə inkişaf edən texnologiya sahəsində fəaliyyətə başlamalarına və cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradan bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb.

“DigiGirlz” konfransı çərçivəsində məktəbli qızlar “Microsoft Azerbaijan” şirkətinin nümayəndələri ilə söhbət edib, informasiya texnologiyaları sahəsində karyera qurmaq imkanlarından danışıblar.

«“Microsoft” bütün dünya üzrə qızları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir. “DigiGirlz” konfransının əsas məqsədi də məhz texnologiya sahəsində çalışan qızlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. Sözügedən konfrans perspektivli şagirdlərə texnologiya sahəsinin onlara verə biləcəyi imkanları və indiyə qədər mövcud istedadının açılmasına mane olan gender stereotiplərini qırmaq və İKT sahəsində nə cür karyera qurmağı göstərmək üçün yaradılıb», — deyə “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

Tədbirin ikinci hissəsi “Kod Saatı” (“Hour of Code”) təşəbbüsünə həsr olunub. Sözügedən təşəbbüsün məqsədi məktəblilərə proqramlaşdırmanın necə maraqlı, asan və əlçatan olmasını çatdırmaqdan ibarətdir.

Qeyd edək ki, «DigiGirlz» qızlara aid təhsil, elm, texnologiya, mühəndis işində və riyaziyyat sahələrinə investisiya yatıran “Microsoft” korporasiyasının proqramıdır. Proqram qlobal iqtisadiyyatın problemlərinə və çağırışlarına hazır olan gələcəyin işçilərini hazırlanmaq məqsədini daşıyır.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
168
Reytinq
1.19

1 şərh

mason1508
«“Microsoft” bütün dünya üzrə qızları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir.
Mən də haqqında çox şey öyrənə 192.168 ll

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər