“Microsoft”dan Sevgililər günü üçün smayliklər


Əgər Sevgililər günündə əzizləriniz və yaxınlarınıza onlara nə qədər dəyər verdiyinizi bildirmək üçün lazımi sözlər tapmaqda çətinlik çəkirsinizsə, o zaman köməyinizə “Skype” gəlir. “Microsoft” korporasiyası xüsusi olaraq sözügedən proqram təminatının istifadəçiləri üçün məhz Sevgililər gününə həsr olunmuş və məsafədən asılı olmayaraq hisslərini paylaşmağa kömək edəcək yeni smaylları təqdim edib.

Bu il “Skype” məşhurluğu artan sənətçilər və bəstəkarlarla birgəçalışan“Rogue Octopus” müstəqil agentliyi iləsevgidən ilhamlanaraq yeni smayllar yaratmaq üçün güclərini birləşdirib. Əsas məqsədhədiyyə formasında açıla bilən smayllar yaratmaqdan ibarət idi. Hər bir smayl “Rogue Optucus” agentliyinin istedadlı musiqiçilərinin bəstələri müşayiətində iki personajın sevgi hekayəsinin müxtəlif mərhələlərini özündə əks etdirir.Smaylları nəzərdən keçirmək və göndərmək üçün paneldə qırmızı ürəkli işarəni seçə bilərsiniz.

Eyni zamanda, “Skype” öz istifadəçilərinə yazışmaları daha orijinal və şən aparmaq üçün müqəddəs Valentin gününə həsr olunmuş yeni emotikon kolleksiyasını da istifadəyə verib.

“Skype” proqramının təklif etdiyi bütün imkanlardan həmişə faydalana bilmək üçün “Microsoft” korporasiyası“Windows”, “Mac”, “iPhone”, “iPad”, və “Android”ilə işləyən kompüterlərə tətbiqin ən son versiyasından yararlanmağı tövsiyəedir.

“Microsoft” ümid edir ki, dünyanın istənilən yerində Müqəddəs Valentin günündə “Skype” istifadəçiləri onlara əziz olan insanlarla yeni smaylları bölüşmək şansından zövq alacaqlar.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
181
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər