“Microsoft”Bakıda texniki rəhbərlər və İT-direktorlar üçün seminar təşkil edib


“Microsoft Azərbaycan” şirkəti Bakıda İT departament direktorlarıvə texniki rəhbərlər üçün “Microsoft-un təhlükəsiz bulud platforması” mövzusunda seminar təşkil edib.

Seminarı giriş sözü ilə açan “Microsoft Azerbaijan” şirkətinin Strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyev bildirib ki, hazırda cəmiyyət bulud həlləri və mobil texnologiyaların əhəmiyyətli cərəyana və bizneslərin inkişaf istiqamətlərinə çevrildiyi bir dövrdə yaşayır və məhz bu iki cərəyan sayəsində artıq anlamaq olur ki, ənənəvi təhlükəsizliyi təminetmə üsulları bu günün reallıqları ilə üst üstə düşmür.

“Məlumat sızıntılarının nəticəsi kimi biz mütəmadi olaraq xəbər başlıqlarında müştəri məlumatlarının etibarına xələl gətirildiyi, milyardlar dəyərində informasiya oğurluqları ilə rastlaşırıq. Onu da qeyd edim ki, son 6 ay ərzində Azərbaycanda müxtəlif kiberhücumlar nəticəsində müxtəlif şirkət və qurumlara təxminən 1 milyon ABŞ dollarından çox zərər dəyib. Məsələn, son 6 saat ərzində müxtəlif qurumlara 800 min kiberhücum olub ki, hücumların 75%-i bank sektorunun payına düşür”, — deyə Qaçay Mirzəyev qeyd edib.

Seminarda çıxış edən “Microsoft”un Mərkəzi və Şərqi Avropa regionu üzrə informasiya təhlükəsizliyi proqramlarının rəhbəri Artyom Sinitsin tədbir iştirakçılarına ənənəvi informasiya təhlükəsizliyi üsullarının öz aktuallıqlarını hansı səbəbdən itirdikləri, müasir informasiya təhlükəsizliyi strategiyasındavacib komponentləri, bulud texnologiyaları və onların istifadəsi ilə bağlı təhlükəsizlik tədbirləri arasındakı tarazlıq məsələləri barədə ətraflı məlumat verib. Bundan başqa,tədbirdə hibrid buludlarında təhlükəsizliyin təmin edilməsi üçün nəzərdən keçirilən praktik ssenarilər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Biz “Microsoft”da tərəfdaşlarımıza təhlükədən sadəcə qorunmaqla kifayətlənməməyin, eyni zamanda, onu zamanında aşkarlayaraq cavablandırmağın əhəmiyyətindən danışırıq. Bu seminarda da müxtəlif dövlət və biznes qurumlarının kiberhücumlarla mübarizəsi təcrübəsini nəzərdən keçirdik və bulud həllərinin innovativ dəyərini müzakirə etdik”, — deyə Artyom Sinitsin qeyd edib.

Tədbir çərçivəsində seminar iştirakçıları “Microsoft”un təhlükəsizlik üzrə bulud servisi vasitəsilə informasiya təhlükəsizliyi strategiyasını nə cür həyata keçirilməsi ilə tanış olublar.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
170
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər