“Microsoft”maliyyə rəhbərləri üçün dəyirmi masalar təşkil edib


“Microsoft Azerbaijan” şirkəti Bakıda maliyyə rəhbərləri və menecerləri, həmçinin HR-direktorları üçün dəyirmi masalar təşkil edib.

Maliyyə rəhbərləri və menecerləri üçün “Maliyyə biliklərini gücləndirək. Korporativ göstəricilərin inkişafı üçün texnologiyadan istifadə”mövzusunda təşkil olunmuş ilk dəyirmi masada “Microsoft”un MDB regionu üzrə biznes nəzarətçisi İnnа Xionidi və maliyyə direktoru Andrey Levenkо tədbir iştirakçılarına öz şəxsi təcrübələri timsalında “Microsoft”un İT həllərindən maliyyə idarəedilməsində necə istifadə etdikləri haqqında məlumat veriblər.

Bundan başqa, tədbirdə “Office 365”misalında“Microsoft”un bulud texnologiyaları həllərindən istifadə ssenariləri də nəzərdən keçirilib: büdcələşmə, biznes-planlaşdırma, idarəetmə uçotu, risklərin idarəedilməsi, proqnozlaşdırma, maliyyə və biznes analitikası, təhlil alətləri və korporativ göstəricilərin idarəedilməsi, “Microsoft Power BI” proqramının nümayişi; bulud texnologiyalarının maliyyə səmərəliliyinə təsiri.

İnsan resursları üzrə direktorlar üçün keçirilən “Məhsuldarlıq, öhdəçilik və mobillik” mövzusunda ikinci dəyirmi masada əsas müzakirə predmeti HR departamentlərinin real məqsədlərinə çatmalarıvə öz əməkdaşları üçün daha məhsuldar mühit yarada bilmələri üçün “Microsoft” texnologiyalarından yeni istifadə üsulları olub. “Microsoft” korporasiyasının MDB regionuüzrə HR-direktoru Oksana Bondarenko və marketinq kommunikasiyaları qrupunun rəhbəri Georgi Kopilaşvili şəxsi təcrübələri ilə bölüşüb, “Microsoft”un əməkdaşlarınıniş məhsuldarlığının artırılması üçün istifadə etdikləri həlləri nümayiş etdiriblər.

“Microsoft”un əməkdaşları “Office 365” həlli misalındaistənilən cihazda işin səmərəli təşkili, əməkdaşların mobillik və operativliyinin təmin olunması, o cümlədən işçilərin təlim və inkişafının planlaşdırılmasını nümayiş etdirdilər.

“İlk dəfədir ki, “Microsoft”dəyirmi masaları yeni formatda təşkil edir. Belə ki, bu dəfə öz təcrübələri ilə texniki mütəxəssislər deyil, biznes üzrə ekspertlər bölüşüblər: maliyyə şöbələrinin və HR departamentlərin rəhbərləri. Onlar real məqsədlərə çatmaq və daha məhsuldar iş mühitinin yaradılmasında “Microsof” texnologiyalarından istifadə etməsinin yeni üsullarından danışıblar.“Microsoft”un çevik bulud platformaları və xidmətləri sayəsində sizin şirkət biznesin artan tələblərini təmin etmək və işçi heyətlə işin daha səmərəli aparılmasına nail ola bilər”,- deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Sərxan Həşimov bildirib.

Qeyd edək ki, təşkil olunmuş tədbirlərdə bulud texnologiyalarının üstünlükləri, virtual məkan rejimində iş prosesi və “Microsoft”un digər effektiv alətləri nümayiş olunub.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
168
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər