“Microsoft”dan “Office 365”də yeni xidmət


“Microsoft” Korporasiyası “Office 365”də kommunikasiya üçün yeni məkanı təqdim edib – “Microsoft Teams”. Çat prinsipi əsasında hazırlanan əlavə hazırda ay ərzində müxtəlif şirkətlərin 85 mln əməkdaşının yararlandığı “Microsoft Office 365”də birgə işin imkanlarını genişləndirir.

Ünsiyyət üçün yaradılmış “Microsoft Teams” xidməti həmkar və tərəfdaşları birləşdirir və komandalara birgə məhsuldar iş üçün tələb olunan alətləri təklif edir.

“Biz “Microsoft”da hər bir istifadəçi və hər bir təşkilata elə texnologiya təqdim etməyə çalışırıq ki, bunun nəticəsində istər tək bir əməkdaş, istərsə də işçi qruplar böyük nailiyyətlər əldə edə bilsinlər. “Office 365” – yaradıcılıq, kommunikasiya və birgə iş üçün yaradılmış platforma və geniş alətlər dəstidir. Bu gün ofis əlavələrinin imkanları kommunikasiya üçün yeni məkan sayılan “Microsoft Teams” ilə genişlənir”, — deyə “Microsoft” Korporasiyasının rəhbəri Satya Nadella bildirib.
“MicrosoftTeams” dörd ideya əsasındahazırlanıb:

Layihələr üzərində iş üçün çat. “Microsoft Teams” söhbətlər üzrə çatların təşkilini nəzərdə tutur ki, bunun sayəsində Komandanın bütün üzvləri ünsiyyətə cəlb edilir və bütün işlərdən xəbərdar olurlar. Yeni xidmət hamının görə bildiyi qrup yazışmaları və şəxsi mesajların göndərilməsi funksiyalarını təklif edir. Burada mövcud olan emodzi, GIF-fayllar, istifadəçi yapışqan və memləri rəqəmsal iş prosesinə yenilik gətirəcək.

Komanda işi üçün xab. “Microsoft Teams” xidmətində ənənəvi və ixtisaslaşdırılmış “Office 365” əlavələri mövcuddur. Əməkdaşlar zəng və video-konfranslar təşkil edib, həmçinin birbaşa olaraq “Microsoft Teams”də sənədlərlə işləyə bilərlər. “Microsoft Graph” informasiyanı təhlil edir, lazımi məlumatlar verir və onlarla bölüşmək imkanı yaradır. “Microsoft Teams”ın əsasında həmçinin “Office 365 Groups” servisi durur ki, bu da komandalara qarşılarına qoyduqları bir məqsəddən digərinə keçmək, habelə kontekstdən kənar düşməmək və məlumat mübadiləsi aparmaq imkanı yaradır.

Hər komanda üzrə sazlama. Hər komanda unikal olduğundan “Microsoft Teams”də müəyyən sorğu və ehtiyacları qarşılayan funksiyaların fərdi sazlanması təklif olunur. Komandanın üzvləri ünsiyyəti təşkil etmək üçün ayrı-ayrı mövzular yarada bilər. Tez-tez istifadə olunan sənəd və əlavələrə sürətli keçid yaradan “Tabs” funksiyası vasitəsi ilə hər mövzu fərdi şəkildə köklənə bilər. Bufunksiya “Office 365”in ”OneNote”, “SharePoint” və “Planner” kimi xidmətləri və kənar həllər üçün yaradıla bilər. Eyni şəkildə “Microsoft Teams” servisi “Exchange” kimi “Twitter” və ya“GitHub”da kənar xidmətlərin xəbərdarlıq və yenilənmələrini dəstəkləyir. Həmçinin korporativ iş mühitinə intellektual xidmətlərin yerləşdirmə imkanını yaradan “Microsoft Bot Framework”un dəstəyi həyata keçirilir. Xidmətin “Microsoft Teams Developer Preview” versiyası proqramçılara “Microsoft Teams”ın inteqrasiyasına dərhal başlamağa imkan yaradır.

Təhlükəsizlik. “Microsoft Teams” xidməti «Office 365»in bir hissəsidir və “Microsoft Cloud” bazası əsasında qurulmuş təlimatlara nəzarət etməklə yanaşı, onlara əvəzsiz təhlükəsizlik təminatı da təklif edir. Məlumatlar gündəlik olaraq şifrələnir, çoxfaktorlu tanınma isə daha yuxarı səviyyədə təhlükəsizliyi təmin edir ki, bu da komanda daxilində məlumatların təhlükəsizliyinə təminat verir.

«Hər bir komandanın unikal tələblərini təmin etmək üçün biz bir-birilə mükəmməl inteqrasiya imkanına malik „Outlook“, „SharePoint“ və „Yammer“ kimi ixtisaslaşdırılmış tətbiqlərin köməyi ilə „Office 365“ proqram təminatını işləyib hazırladıq. „Microsoft Teams“in təqdim olunması ilə „Office 365“ hər növ ssenarili işlər üçün uyğun gəlir», — deyə «Office» bölməsinin icraçı vitse-prezidenti Kirk Koniqsbauer əlavə edib.

“Microsoft Teams” xidmətinin ilkin versiyası “Office365” proqramının kommersiya istifadəçiləri üçün (“Office 365 Enterprise”və ya “Business”) rus dili də daxil olmaqla 18 dildə 181 ölkədə, o cümlədən Azərbaycanda mövcuddur. İT-administratorlar şirkətləri üçün “Microsoft Teams” kommunikasiya məkanını aktiv edə bilərlər.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
168
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər