“Windows” istifadəçilərinin yay vaxtına keçidlə bağlı problemi həll olundu


Microsoft” Korporasiyası bu il oktyabr ayının sonuncu bazar günü Azərbaycanda olan lisenziyalaşdırılmış “Windows” istifadəçilərinin kompüter sistemlərində yay vaxtına keçidin ləğv olunması ilə bağlı uyğunsuzluğun olmayacağını elan edir.

Məlum olduğu kimi, Azərbaycan hər ilin mart və oktyabr aylarınınsonuncu həftəsinin bazar günü müvafiq olaraq yay və qış vaxtlarına keçirdi. Azərbaycan Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, carı ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Bu qərar müvafiq keçidə bir neçə gün qalmış elan edildiyi üçün kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlmişdi.

Lakin 2016-cı ilin mayın 10-da “Microsoft” Korporasiyası tərəfindən Azərbaycan ərazisində xüsusi «”Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə»nin (“Windows Update”) istifadəyə verilməsi sayəsində lisensiyalaşdırılmış ”Windows” istifadəçilərinin kompüter sistemlərində vaxtla bağlı heç bir uyğunsuzluq qeydə alınmayıb.

Pirat və ya lisenziyasız əməliyyat sistemi istifadə edənlər, eləcə də “Windows” yeniləmələri xidmətini söndürmüş istifadəçilər vaxtla bağlı uyğunsuzluqla üzləşəcəklər. Belə ki, qeyd edilən əməliyyat sistemlərində yay vaxtına keçid və ya ləğvi adəti üzrə baş verəcək ki, bu da həmin sistemlərdə saatların səhv göstərməsi ilə nəticələnəcək.

“Microsoft” Korporasiyası Azərbaycan ərazisində xüsusi «”Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə»ni (“Windows Update”) istifadəyə verib. Yenilənmədən “Windows”un bütün lisenziyalaşdırılmış versiyalarından ölkə ərazisində istifadə edənlər mayın 10-dan etibarən yararlana bilərlər.

Qeyd edək ki, “Microsoft” Korporasiyası bütün istifadəçiləri dərhal məlumatlandırmaq üçün martın 17-də media, sosial şəbəkələr, bloqlar və elektron poçt vasitəsi ilə uyğunsuzluğun təsirini azaldan müvafiq təlimatlar təqdim etmiş, eyni zamanda, «”Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə»nin buraxılışı üzərində işə başlamışdı. Bu məsələnin mərkəzləşdirilmiş qaydada “Windows” yeniləmələri (“Windows Update”) vasitəsi ilə həll edilməsi üçün “Microsoft” Korporasiyasına müvafiq məlumatla müraciət olunub və yenilənmə 10 may 2016-cı il tarixinə hazırlanacağı rəsmən bildirilmişdi.

Beləliklə, “Microsoft” Korporasiyası tərəfindən vəd edilmiş müvafiq yeniləmə artıq mayın 10-dan etibarən istifadəyə verilib. Bu təlimatdan istifadə etməklə həmin yeniləməni quraşdırmaq, beləliklə də Yay/Qış vaxtına keçidlə bağlı uyğunsuzluğu müvafiq qərara əsasən tamamilə həll etmək mümkündür.

Yay/Qış vaxtına keçidi ləğv edən yenilənmənin quraşdırılması üçün təlimatı diqqətinizə çatdırırıq: www.facebook.com/MS.Azerbaijan/posts/1084888808246129.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
154
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər