Microsoft Linkedini 26.2 milyard dollara satın aldı + VİDEO


Microsoft Linkedin'de 26.2 milyard dollara satın aldı. Satın alma bu gün rəsmiləşdi.

LinkedIn komandasının son dərəcə uğurlu işlərə imza atdığını vurğulayan Microsoft CEO Satya Nadella bu gündən etibarən hər iki şirkətin vahid komandada təmsil olunacağını bildirdi.

Nadella 2016-cı il ərzində satınalma əməliyyatlarının tamamilə yekunlaşacağını və bu prosesin hər iki şirkət üçün daha böyük uğurlar vəd etdiyini vurğuladı.

İş dünyasındakı şəxslərin digərlərilə ünsiyyət qurmasını təmin edən karyera saytı Linkedin'de tərkibinə qatan Microsoft, bu satın alma daxilində 26.2 milyard dollar ödədi.

Satın almağı rəsmi blog səhifəsində nəşr etdiyi mesaj ilə elan edən Microsoft bu addımla gücünə güc qatmış oldu.

Reid Hoffman, Allen Blue, Konstantin Guericke, Eric Ly və Jean-Luc Vaillant tərəfindən 2002-ci ildə Mountain View Kaliforniyada qurulan LinkedIn, 2016-ci ildə 106 milyonu aktiv, 400 milyon istifadəçi sayına çatmışdı.

LinkedIn, Twitterdən etdiyi şərhdə «Microsoft və LinkedIn güclərini birləşdirir» ifadəsinə yer verdi.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
154
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər