"İT İnfrastrukturun Səmərəliyinin Artırılması: Azərbaycandakı Nümunələr" Mövzusunda Seminar Keçirilib

Bu gün Bakıda “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə İT-rəhbərlər və mütəxəssislər üçün “İT infrastrukturun səmərəliyinin artırılması: Azərbaycandakı nümunələr” mövzusunda seminar keçirilib.
Microsoft
40-a yaxın İT-rəhbər və mütəxəssisin iştirak etdiyi tədbiri giriş sözü ilə açan “Microsoft Azerbaijan” şirkətinin texnologiyalar üzrə məsləhətçisi Qaçay Mirzəyev “Microsoft”un yeni məhsul və xidmətlərindən (“Windows 10”, “Office 2016”, “Microsoft Advanced Threat Analytics”, “Microsoft Operations Management Suite”, “SQL 2016”, “Windows Server 2016”, “System Center 2016”, “Exchange Server 2016” və “SharePoint Server 2016”) danışıb və bildirib ki, hazırda Azərbaycanın əksər dövlət qurumları və ölkə iqtisadiyyatının bir çox sahələrində fəaliyyət göstərən şirkətlər sözügedən məhsul və xidmətlərdən istifadə edir.

Q.Mirzəyev onu da əlavə edib ki, “Microsoft”un innovativ texnologiyalara əsaslanan yeni məhsulları dövlət qurumları və şirkətlərə çevik olmağa, xərclərə qənaət etməyə, IT infrastrukturun səmərəliliyini artırmağa imkan verərək, hər bir məkanda və müxtəlif qurğudan istifadəyə şərait yaradır.

Seminar çərçivəsində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin nümayəndəsi “Elektron imza” layihəsi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndəsi yeni inzibati binaya miqrasiya layihəsi, “ASAN xidmət” mərkəzinin nümayəndəsi portal həllinin tətbiqi layihəsi, “AzInTelecom” şirkətinin rəsmisi “Tier III Data Center” konsepsiyası, “Eurodesign” şirkətinin nümayəndəsi isə “Bakı 2015 birinci Avropa Oyunları” layihəsi çərçivəsində əldə etdikləri təcrübələri bölüşüblər.

Bununla yanaşı, seminarda şirkətlərin müasir iş alətləri, təhsildə innovativ texnologiyaların rolu və yerli sığorta həllinin “Microsoft Azure” üzərindən daha səmərəli tətbiqi barədə ətraflı məlumat verilib.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
168
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər