Azərbaycanlı komanda Microsoft Imagine Cup 2015 müsəbiqəsində ikinci yeri tutdu

30 iyulda Redmondda (Sietl, Vaşinqton ştatı) yerləşən Microsoft şirkətinin əsas ofisinin tələbələr arasında Microsoft Imagine Cup 2015 beynəlxalq innovasiyalar müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bildirdiyimiz kimi, müsabiqədə bütün dünya ölkələrindən 33 komanda və onların içində ilk dəfə Azərbaycan təqdim edilmişdi.
NoObs
Bakının NoObs komandası bluetooth-tənzimçilərin dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan Windows Phone platformalı smartfonlar üçün proqram təminatı olan Spinal layihəsini təqdim edib.

Bu komanda Yüksək Texnologiyalar Parkı ilə birgə Microsoft Azerbaijan şirkəti tərəfindən keçirilmiş Imagine Cup lokal seçim turunun qalibləridirlər. Komandanın iştirakçıları Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələridir: Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalar.

Müsabiqə üç kateqoriya üzrə keçirilib: “World Citizenship” (“Dünya vətəndaşlığı”, məhdudlaşdırılmış imkanlı insanlar üçün layihələr), “Games” (“Oyunlar”) və “Innovation” (“İnnovasiyalar”). Hər kateqoriyada qaliblərin siyahısını diqqətinizə çatdırırıq.

“Innovation”:
  • 1-ci yer: Braziliyadan eFitFashion komandası. Clothes for Me layihəsi
  • 2-ci yer: NoObs komandası, Azərbaycan. Spinal layihəsi
  • 3-cü yer: Eyni adlı layihəylə Böyük Britaniyadan Syimb komandası.

“World Citizenship”:
  • 1-ci yer: Avstraliyadan Virtual Dementia komandası. Virtual Dementia Experience layihəsi
  • 2-ci yer: Sinqapurdan Mozter komandası
  • 3-cü yer: Yunanıstandan Prognosis komandası

“Games”:
  • 1-ci yer: Rusiyadan IzHard komandası. Ovivo oyunu
  • 2-ci yer: Kuality Games, Hollandiya. Bounce’em up oyunu
  • 3-cü yer: Thief, Çin. Lost Shadow oyunu

Birinci, ikinci və üçüncü yerləri tutmuş mükafatçılar layihənin sonrakı inkişafına Microsoft şirkətindən 50, 10 və 5 min dollar məbləğində qrant aldılar. Hər üç kateqoriya qalibləri 31 iyulda Sietldə World Championship Final yarışında mübarizə aparacaqlar.

Müsabiqə haqqında daha ətraflı rəsmi web-səhifəsində əldə edə bilərsiniz: Microsoft Imagine Cup.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
168
Reytinq
1.19

Start-up`lar

Yerli və xarici start-uplar haqqında.

Oxucuları
91
Başlıqları
180
Reytinq
6.84

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər