Azərbaycanda keçirilən “Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri müəyyənləşib

Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkının dəstəyi, “Microsoft Azerbaijan” şirkəti və “Nar” rabitə operatorunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin Milli Final mərhələsinin qalibləri müəyyənləşib.
Microsoft Imagine Cup
Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsi ilk dəfə təşkil olundu. Milli seçim turu və onlayn yarımfinalı uğurla keçən 20 komanda Milli Finala vəsiqə qazandı. Ümumdünya Finalında olduğu kimi Milli Finalda da müsabiqədə iştirak edən ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç nominasiya üzrə yarışdılar: “İnnovasiya”, “Oyunlar” və “Dünya vətəndaşlığı”. Peşəkar münsiflər tərəfindən qiymətləndirilən layihələr arasından hər üç nominasiya üzrə qaliblər müəyyən edildi. Belə ki, milli finalda “İnnovasiyalar” nominasiyası üzrə “NoObs” komandası, “Oyunlar” nominasiyası üzrə “IDEAlists” komandası, “Dünya vətəndaşlığı” nominasiyası üzrə isə “Mar-Tech” komandası qalib gəldi. Sözügedən komandalar artıq onlayn yarımfinala qatılaraq, layihə sənədlərini beynəlxalq münsiflərə təqdim ediblər. İyul ayında ABŞ-ın Sietl şəhərində keçiriləcək Ümumdünya Finalında iştirak edəcək komandaların adları iyunun 1-də elan olunacaq. Müsabiqənin sonunda qaliblərə 50 min, 10 min və 5 min ABŞ dolları məbləğində pul mükafatları təqdim olunacaq və onlar qlobal innovasiya akselerator proqramlarına qoşulacaqlar.

“Məqsədimiz Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz tərəfdaşımız olan Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkı və “Nar Mobile” şirkəti ilə birlikdə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara çıxarıla bilməsi üçün elə bir ekosistem yaratmaq istəyirik ki, burada tələbələr fundamental və sənaye bilik-bacarıqları əldə etsinlər, ən son texniki həllərdən və proqramlardan istifadə etsinlər, özlərini tətbiqi həllərin yaradılmasında sınasınlar, müxtəlif yerli və beynəlxalq müsabiqələrə qatılsınlar və təcrübələri əsasında işlək məhsullarını bazara çıxarmağa nail ola bilsinlər”, — deyə “Microsoft Azerbaijan”, — şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib.

“Biz hər zaman təhsil və maariflənməyə yönələn layihələrə xüsusi dəstək nümayiş etdirmişik. Çalışmışıq ki, layihələrimizlə gənclər arasında təhsilə marağı daha da artıraq. Bu müsabiqənin önəmi bizim üçün çox böyükdür. Belə ki, tələbələrin fundamental biliklər əldə etməsi, ən son texniki həllərdən və proqramlardan istifadə edə bilməsi üçün bu cür layihələrin həyata keçirilməsi labüddür. Azərbaycanın ən yüksək sürətlə inkişaf edən rabitə operatoru olaraq “Nar” da bu prosesə öz töhfəsini verməyə davam edəcək”, — deyə “Azerfon” şirkətinin baş icraçı direktoru Kent MakNili bildirib.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
183
Reytinq
1.19

Tədbirlər

Azərbaycanda və Azərbaycandan kənarda baş verən, blogumuzun istifadəçilərinə maraqlı və faydalı ola biləcək tədbirlər haqqında

Oxucuları
12
Başlıqları
241
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər