Daxili İşlər Nazirliyi “Microsoft” proqram təminatı ilə bağlı yoxlamalar aparır

Bu barədə «Microsoft-Azərbaycan» şirkətindən daxil olan məlumatda deyilir. Həmin məlumatı diqqətinizə çatdırırıq:

«Microsoft» proqram təminatı üzrə müəllif hüquqlarının pozulması hadisələrinin araşdırılması çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bundan əvvəl apardığı, öncədən qurulmuş pirat proqram təminatı ilə kompüterlərin yoxlanması və sınaq tədarükünün ardı olaraq, Bakının kompüter dükanlarında növbəti reyd keçirib.

Polis tərəfindən ilk yoxlama cari ilin yanvar ayında sübutların toplanması və sonradan müəllif hüquqlarının pozulması və pirat proqram təminatının yayılması üzrə cinayət işinin açılması üçün keçirilib.

DİN tərəfindən keçirilən ikinci gözlənilməyən yoxlama aprel ayının əvvəlində baş tutub. Yoxlama zamanı araşdırmada sübut kimi istifadə olunacaq kompüterlər və onlarla əlaqəli materiallar müsadirə edilib.

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanununa əsasən, pirat proqram təminatının satışı və ya hər hansı formada yayılması müəllif hüquqlarının pozulmasıdır. Bu, cinayət, inzibati və ya mülki məsuliyyətə, hətta həbs müddətinə gətirib çıxara bilər.

Pirat proqram təminatlı kompüteri aldıqda, istifadəçi texniki dəstək və mütəmadi təhlükəsizlik yenilənmələrindən istifadə imkanını itirir və şəxsi məlumatlarını və sistemin etibarlılığını şübhə altına qoyur. “IDC” (International Data Corporation), Sinqapur Universiteti və «Microsoft»un Rəqəmsal cinayətlər ilə mübarizə şöbəsi tərəfindən birgə keçirilən araşdırma göstərdi ki, 11 ölkə bazarından əldə edilən 203 kompüterdən 61%-i viruslu proqram təminatı ilə işləyir.

«Microsoft» korporasiyası Azərbaycanda istifadəçilərin məlumatlandırılmasını nəzərdə tutan kampaniyasını davam etdirəcək və onlara izah edəcək ki, yalnız orijinal «Microsoft» əsillik sertifikatı kompüterə etibarlı proqram təminatının yüklənilməsinə zəmanət verir. Biz kompüter piratçılığının səviyyəsini azaltmaq istiqamətində istifadəçilərimiz və tərəfdaşlarımızla izahetmə işlərimizi davam etdirəcəyik. Lakin biz piratçılığın qarşısını almaq üçün proqram təminatının yayılma kanalında və istifadəçilərimiz arasında mövcud hüquqi mexanizmlərdən istifadə edəcəyik", — deyə «Microsoft»un Mərkəzi və Şərqi Avropada lisenziyalaşdırma üzrə direktoru Yevgeni Danilov bildirib.
Proqram təminatı istehsalçılarının Assosiasiyası (BSA | The Software Alliance) və Fransanın «INSEAD» biznes məktəbi və tədqiqat institutu tərəfindən keçirilən araşdırmanın nəticələrinə əsasən, lisenziyalı proqram təminatının artımı Azərbaycan iqtisadiyyatına böyük xeyir gətirə bilər. Lisenziyalı proqram təminatının 1% artımı Azərbaycanın ÜDM-nə 38 mln. ABŞ dolları gəlir gətirəcək, lisenziyasız proqram təminatının 1% artımı isə yalnız 19 mln. dollar gəlir gətirir. Beləliklə, lisenziyalı proqram təminatı bazarının 1% artımı iki dəfə çox gəlir əldə etməyə imkan yaradır. Bundan əlavə, lisenziyalı proqram təminatına yatırılan hər 1 dollar 380 dollar gəlir gətirir, lisenziyasız proqram təminatına xərclənən hər 1 dolların gəliri isə 28 dollar təşkil edir.
«Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən tədbirlər dövlət qurumlarının istifadəçiləri, yerli biznesi və müəllif hüquqlarını ziyanlı proqram təminatından qorumaq istəyini göstərir. Ümidvarıq ki, belə fəaliyyət ölkədə proqram təminatı sənayesini təkmilləşdirəcək və yerli iqtisadiyyatın inkişafına təkan verəcək. Növbəti aylar ərzində analoji yoxlamaların sayının bir qədər də artmasını gözləyirik», — deyə BSA-nın Azərbaycanda hüquq məsləhətçisi Nəriman Ramazanov bildirib.

Aid olduğu bloglar

Microsoft

Microsoft kompaniyasının blogu.

Oxucuları
11
Başlıqları
185
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər