“Seedstar World” müsabiqəsində Azərbaycanı təmsil edəcək layihə: Manads


Manads 4 Fevral 2015 tarixində İsveçrənin Cenevrə şəhərində keçiriləcək olan «Seedstar World» müsabiqəsində Azərbaycanı təmsil edəcək. Tədbirdə Manadsın hazırki direktoru Orxan Rzayev mentor və investorlar qarşısında çıxış edəcək. Silikon Vadisi xaricində olan startuplara yönələn Seedstar World yarışmasında keçən il Bakıdan qalib seçilən Manads, 36 ölkənin finala çıxmış layihə ilə birlikdə 500 min dollarlıq hədiyyə uğrunda yarışacaq.
Seedstar World yarışmasıın builki finaçıları geniş bir regionda — 36 ölkədə keçirilən, «Seedstar Global» turuna qatılan 500 startup arasından seçilib. Finalçılar 3 günlük bir təlimə qatılaraq Bbooster, The Founder`s Institute, Chinaccelerator ve Galixo kimi sürətləndiricilərdən metorluq dəstəyi alacaq.

Layihənin təsisçisi Vaqif Abbasovun sözlərinə görə, Manads bu yarışmada tam yeni Manads SDK-nı (Software Development Kit) təqdim edəcək. Bu texnologiyanın vasitəsi ilə mobil tətbiq sahibləri istifadəçilərinə tətbiqə daxil olmadan məlumatlarını təqdim etmək imkanına sahib olacaq. Hazırda bunu yalnız «Push Notification Service»-lə etmək olurdusa, Manads SDK daha zəngin funkisiyalarla bu sistemlərə alternativ olacaq. Bu texnologiya eyni zamanda şirkətlərin əlavə xərclərinin qarşısını da qismən alacaq. Belə ki, şirkətlər müştərilərinə bezdirici və ölçüləbilinməyən SMS göndərişlərini bu texnologiya ilə əvəz edə biləcəklər.

Aid olduğu bloglar

Manads

Korporativ bloq

Oxucuları
2
Başlıqları
5
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər