Manads istifadəçilərinə hədiyyəli xəbər var


Yerli mobil reklam texnologiyası Manads 2015-ci ildə ilk yeniliyi təqdim edib. Belə ki, artıq Manads istifadəçiləri topladıqları xalları müxtəlif hədiyyələrə dəyişə bilər. Bu barədə şirkətin yaydığı məlumatda bildirilir:

Məlum olduğu kimi, Mobil reklam texnologiyası Manads-ın istifadəçiləri reklam və informasiya xarakterli posterləri izlədikdən sonra etdikləri əməliyyatlar (veb-klik, Facebook like, Twitter follow, tweet, Youtube view və s.) zamanı pul və xallar qazana biilirlər. Pulları 10 azn olduqdan sonra nağdlaşdırmaq mümkün olsa da, xallardan istifadə etmək mümkün olmamışdı. İstifadəçilər indiyədək müxtəlif müsabiqələrdə, kampaniyalarda xallar vasitəsilə hədiyyələr qazanmışdılarsa da, konkret xalları hədiyyələrə dəyişmək məhz bu gündən mümkün olacaq.

İstifadəçilər Manads tətbiqində Nağdlaşdırma (Cashout) səhifəsinə daxil olub, Xallar (Points) bölməsinə keçməklə sistemdə aktiv olan hədiyyələri və onların xal dəyərini görə bilirlər. Əgər istifadəçinin topladığı xallar kifayət edirsə, bir və ya eyni zamanda bir neçə hədiyyəni sifariş verə bilər. Bundan sonra sifariş Xallar bölməsində “Gözləmədə” (Pending) olacaq. Manads əməkdaşı həmin şəxslə əlaqə saxlayıb sifarişi təsdiqlətdikdən sonra hədiyyə istifadəçiyə təqdim ediləcək.

Qeyd edək ki, hazırda sistemdə Samsung Galaxy telefonları, qulaqcıqlar, Baku Paintball Center, 28 Cinema və Özsüt Kafe’dən hədiyyə kuponları, həmçinin nömrənin balansının artırılması imkanları var. Qeyd edək ki, mütəmadi olaraq hədiyyələrin siyahısı yenilənəcək və qısa zamanda yeni hədiyyələr əlavə ediləcək.

Hədiyyələrin siyahısı

Aid olduğu bloglar

Manads

Korporativ bloq

Oxucuları
2
Başlıqları
5
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər