"Manads" yeni versiyasını istifadəyə verdi


«Manads» mobil reklam texnologiyası yeni versiyasını istifadəyə verib. Bu barədə şirkətin yaydığı məlumatda bildirilir. Həmin məlumatı nəzərinizə çatdırırıq:

Mobil reklam texnologiyası olan, ölkənin ən perspektivli startup-larından biri sayılan Manads 3-cü versiyasını istifadəyə verdi. Bu versiya öncəkilərdən kifayət qədər fərqlənir. Belə ki, proqramın dizaynı tamamilə dəyişib, yeni funskiyalar əlavə olunub, həmçinin beynəlxaq bazara çıxmaq üçün lazım olan dəyişikliklər edilib.

Manads-da yeni qeydiyyatdan keçənlər ölkəni seçib telefon nömrəsini qeyd edir. Daha sonra özünə istifadəçi adı və şifrə seçir (İstifadəçi adı başqaları tərəfindən tutulmamış, ən az 4 simvoldan ibarət olmalı, şifrə isə ən az 6 simvoldan ibarət olmalıdır). Qeyd edilənləri doldurub, təsdiqlədikdən sonra istifadəçinin qeyd etdiyi nömrəyə şifrə gəlir. Həmin şifrəni göstərilən xanaaya yazmaqla qeydiyyatı tamamlayır. Bundan sonra həmin istifadəçinin Manads'da hesabı yaranır və o proqramdan çıxdıqdan sonra Daxil Ol shifəsində nömrəni və şifrəni yazmaqla təkrar proqrama daxil ola bilir. Əgər şifrə yaddan çıxıbsa "Şifrəmi Unutdum" düyməsinə klikləyərək, yeni şifrə əldə edə bilər.

Qeydiyyatdan keçdikdən sonra və Daxil olduqdan sonra çıxan səhifə istifadəçinin Şəxsi Məlumatlar səhifəsidir. İstifadəçilərə məsləhət görülür ki, bu səhifədə tələb olunan məlumatların hamısını doldursunlar. Çünki belə olduqda onların seqmentləşdirilmiş reklam və xəbərləri (məsələn, 18-35 yaşarası insanlar üçün poster, ancaq qadınlaf üçün poster, yaşı 40-dan yuxarı olanlar üçün poster) izləmək imkanları daha çox olur.
Qeyd: İstifadəçinin doldurduğu məlumatlar şirkət tərəfindən məxfi saxlanılır və 3-cü bir şəxsə keçməsi mümkün deyil.
PROFİL SƏHİFƏSİ
Manads'ın yenilənmiş profil səhifəsində istifadəçilər profil şəkli və örtük şəkli seçə bilir. Profildə istifadəçinin adı və soyadı, istifadəçi adı, şəhər, telefon nömrəsi, dostlarının sayı, pul və xal balansı göstərilir. Fəaliyyət (Activity) hissəsində isə dostlarını dəvət etməsi, posterlərdən pul və xal qazanması haqda bildirişləri izləyir.
XƏBƏR LENTİ

Manads'a yeni əlavə olunmuş funksiyalardan biri olan Xəbər Lentində istifadəçi müxtəlif kateqoriyalardan olan ən yeni xəbərləri, məlumatları, həmçinin zəng zamanı ekranda çıxan posterləri izləyə bilir. Xəbər Lenti hissəsində görünən posterlərin üzərinə klikləməklə həmin xəbər haqda daha geniş məlumat əldə etmək imkanı var.
DOSTLAR

Bu səhifədə istifadəçi Manads'a dəvət etdiyi dostlarının siyahısını görə bilir, Telefon Kitabçası hissəsinə keçid etdikdə isə Telefon Kitabçasında olan şəxslərin siyahısını görür. Onlardan istədiyini işarələməklə onlara Manads'ı yükləmələri üçün dəvət göndərmək mümkündür.
REYTİNQ

Reytinq səhifəsində də yenilik edilib. Belə ki, indi həm Aylıq Xallara görə, həm də Dostların sayına görə istifadəçilərin reytinqi müəyyənləşir. İstifadəçi səhifəni yuxarı dartmaqla reytinqdə daha aşağıda olan istifadəçiləri də görə bilir.
MANADS CÜZDAN

Manads'a edilmiş daha bir əlavə Manads Cüzdan'dır. Bu səhifədə istifadəçilər izlədikləri posterlərdən qazandıqları pul və xalların miqdarını, Manads Discover balansını və nömrəsini izləyə bilir. Manads Discover istifadəçilərə Manads'ın partnyoru olan yüzlərlə məkanda bonus xallar və pul toplamağa imkan verən sistemdir. İstifadəçilər həmin partnyor məkanlarda ödəniş etdikdə Manads Cüzdan nömrəsini deyərək öz hesablarına bonus pul və xal yazdıra bilər.
«Pul Balansı» hissəsində istifadəçi hazırkı pul balansını, «Xal Balansı» hissəsində hazırkı xal balansını izləyə bilər. «Poster Cəmi Pul» hissəsindən indiyədək izlədiyi posterlərdən qazandığı pulun miqdarını, «Poster Cəmi Xal» hissəsindən indiyədək izlədiyi posterlərdən qazandığı xalların miqdarını, «Manads Discover Pul» hissəsindən partnyorlardan qazandığı bonus pulun miqdarını, «Manads Discover Xal» hissəsindən partnyorlardan qazandığı bonus xalların miqdarını izləyə bilər. «Dostlardan» hissəsində isə istifadəçilər həmin kateqoriyalar üzrə dostlarından nə qədər qazandıqlarını görə bilirlər. Manads-ın partnyoru olan məkanların adları və şərtlər yaxın günlərdə elan ediləcək.
NAĞDLAŞDIRMA

Tətbiqə Nağdlaşdırma modulu əlavə edildi. İndi istifadəçilər hesablarındakı pulu tətbiq vasitəsilə nağdlaşdıraa biləcəklər. Nağdlaşdırmanın növünü, pulun miqdarını seçdikdən sonra «Təsdiqlə» düyməsini klikləyərək sifariş etmək olar. Bundan sonra sifariş gözləməyə alınır və nağdlaşdırıldıqdan sonra tətbiqdə bu, qeyd edilir və həmin sifarişin qarşısında «Nağdlaşdırıldı» yazılır. Yaxın günlərdə istifadəçilər pul balansı ilə bərabər, xal balansını da nağdlaşdıra biləcəklər. Bu haqda yenilik olduqda məlumat veriləcək.
AYARLAR

Tətbiqin Ayarlar səhifəsi genişləndirilib. Profil Ayarları hissəsində istifadəçi şəxsi məlumatlarını, telefon nömrəsini, şifrəsini və istifadəçi adını dəyişdirə bilər. Reklam Ayarları hissəsində istifadəçi zəng gələrkən ekranda poster çıxıb-çıxmamasını, YES/NO düymələrinin posterin üzərində olub-olmamasını seçə bilər. Təhlükəsizlik hissəsində istifadəçi nömrəsini dostlarına açıq edə və ya dostlarından gizlədə bilər.
Qeyd edək ki, istifadəçilər indi təkcə posterləri izləmək və veb-səhifəyə keçid etməklə deyil, Twitter və Facebook hesablarından profili izləmək (follow, like), paylaşmaq (tweet, retweet, share) və s. üsullarla da pul və xal balanslarını artıra bilərlər. Həmçinin Hazırda veb-səhifəyə keçid, Twitter izləmə və tweet paylaşmaq aktivdir.

Digər bir yenilik isə ondan ibarətdir ki, sistemdə aktiv poster olmadıqda zəng gələrkən ekranda heç nə açıqlamayaq. Yalnız yeni poster əlavə olunduqdan sonra, zəng gələrkən ekrana çıxacaq. Bu da istifadəçilərin xahişini nəzərə alaraq, tətbiqi daha rahat hala gətirmək üçün atılmış addımdır.
Bundan əlavə, Şirkət yeni vebsaytı da istifadəyə verib. www.manadsapp.com saytı 3 dildə (azərbaycan, türk, ingilis) fəaliyyət göstərir.

İstifadəçilərin diqqətinə çatdırmaq istəyirik ki, yeniliklər hələ bundan sonra başlayır. Həm nağdlaşdırmaa ilə bağlı, həm də qazanc növləri ilə bağlı bir çox yeniliklər tətbiq olunacaq.

Aid olduğu bloglar

Manads

Korporativ bloq

Oxucuları
2
Başlıqları
5
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər