“Manads” istifadəçiləri üçün yeniliklər

Manads şirkəti aprelin ayından etibarən bır sıra dəyişikliklər edib. Bunlardan ən önəmlisi, reklam xidmətlərinin qiymətinin 6-8 dəfə ucuzlaşması olub. Artıq reklamverən şirkətlər Manads-da reklamlarını yerləşdirərkən hər reklam baxışı üçün 5-7 qəpik deyil, 0.9 qəpik ödəyəcəklər.

Bundan başqa şirkətlər indi yalnız reklam baxışı sayına görə yox, həm də veb-sayta keçid sayına görə sifariş verə biləcəklər. Bu zaman istifadəçi hər dəfə reklama baxdıqda deyil, veb-sayta keçid etdikdə şirkətin hesabından pul çıxılır.

Manads-ın direktoru Vaqif Abbasov verdiyi məlumata görə, edilən dəyişikliklərdə məqsəd Manads'ın reklam məhsullarından yalnız iri şirkətlərin deyil, orta və kiçik şirkətlərin də istifadə etməsinə şərait yaratmaqdır: «Hazırda tətbiq etdiyimiz qiymətlər əvvəlkindən azı 6 dəfə, bəzən isə 10 dəfə ucuzdur. Bu da istənilən şirkətin mobil reklam xidmətlərindən rahatlıqla istifadə etməsinə şərait yaradır. Məsələn, şirkət reklam posterini 10 000 nəfərə göstərmək istəsə, bu, ona cəmi 90 AZN'ə başa gələcək».

Vaqif Abbasov həmçinin növbəti dəyişikliklər haqqında da danışıb. Yaxın gələcəkdə ediləcək önəmli dəyişiklərdən biri istifadəçiləri sevindirəcək. Belə ki, istifadəçilər topladıqları xalları mobil operator vasitəsilə danışıq dəqiqələrinə, həmçinin internet paketlərinə çevirə biləcəklər.
Qeyd edək ki, hazırda istifadəçilər topladıqları vəsaiti nağdlaşdıra bilirlər. Artıq yüzə yaxın istifadəçi Manads balansını nağdlaşdırıb.

Manads-ın üzərində çalışdığı yeni modullar sayəsində şirkətlər nəinki reklamlarını yayımlaya biləcək, həmçinin sosial şəbəkələrdəki aktivliyini artıra, veb və mobil platformalarını tanıda, Manads tətbiqi üzərindən məhsulların satışını həyata keçirə biləcəklər.

Aid olduğu bloglar

Manads

Korporativ bloq

Oxucuları
2
Başlıqları
5
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər