2013-cü ilin Kinotap.com statistikaları

9 foto
2013-cü ilin Kinotap statistikaları
2013-cü ilin Kinotap statistikaları
2013-cü ili artıq 2 aya yaxındır yola salmışıq. Ancaq hələ də texnologiya dünyasında ötən ilin statistikaları yayımlanır. Bütün şirkətlər o cümlədən araşdırma şirkətləri əldəki məlumatları işləyib mediaya təqdim edir.
Biz də Kinotap.com saytının ötən ilki məlumatları əsasında bir infoqrafika hazırlamaq qərarına gəldik.

Kinotap.com kino afişa saytıdır. Burada kinoteatrlarda göstərilən filmlər və onların seansları haqqında ətraflı məlumat almaq mümkündür. Həm internet üzərində, həm də iOSAndroid platformalarında istifadəçilər üçün məlumatları təqdim edirik. Bu məlumatlar əsasında da aşağıdakı infoqrafikanı hazırladıq.
Görə biləcəyiniz kimi, 2013-cü ildə 49115 seansda 87333,27 saat ərzində 370 film göstərilib.

Filmlər 7 kinoteatrda göstərilib. Ən çox film göstərilən ilk 3 kinoteatr:
1. 28 Cinema (206 film)
2. Park Cinema — Park bulvar (190 film)
3. Nizami Kino Mərkəzi (170 film)

Ən çox seans göstərən 3-lük:
1. Park Cinema — Park Bulvar (14785 seans)
2. 28 Cinema (13928 seans)
3. Park Cinema — Metropark (9705 seans)

Ötən il ən çox 2013-cü il istehsalı film göstərilib — 223 film. Bundan əlavə 111 dənə 2012-ci il istehsalı film göstərilib, 21 dənə isə 2011-ci il istehsalı film.

Filmləri ən çox göstərilən ölkələr isə 166 film ilə ABŞ oldu. Növbəti iki yerdə isə qonşu ölkələrin filmləridir; 47 Türkiyə, 32 Rusiya istehsalı film.

Ən çox seansı olan film animasiya filmi olan «Despicable Me 2» oldu — 649 seans. Onu 619 seansla «Iron Man 3» və 590 seansla «Last Vegas» izləyir.

Ən uzun müddət kinoteatrlarda göstərilən film isə 126 gün ilə «Kelebeğin Rüyası» filmidir. Onu bir başqa Türkiyə istehsalı film «Aşk Kırmızı» (98 gün) və Azərbaycan istehsalı «Planet Parni iz Baku — Hər gün sirk» (92 gün) şousu izləyir.

Son olaraq isə 2013-cü il ərzində Kinotap-ın Facebook səhifəsini 65656 insan bəyənib. Ən çox bəyənən şəhərlərdə isə ilk 3 yer Bakı, Sumqayıt və Gəncədir.

9 şəkil

  • 2013-cü ilin Kinotap statistikaları
  • 2013-cü ildə 49115 seansda 87333,27 saat ərzində 370 film göstərilib
  • Filmlər 7 kinoteatrda göstərilib. Ən çox film göstərilən ilk 3 kinoteatr:
1. 28 Cinema (206 film)
2. Park Cinema - Park bulvar ( 190 film)
3. Nizami Kino Mərkəzi (170 film)
  • Ən çox seans göstərən 3-lük:
1. Park Cinema - Park Bulvar (14785 seans)
2. 28 Cinema (13928 seans)
3. Park Cinema - Metropark (9705 seans)
  • Ötən il ən çox 2013 -cü il istehsalı film göstərilib - 223 film. Bundan əlavə 111 dənə 2012-ci il istehsalı film göstərilib 21 dənə isə 2011-ci il istehsalı film
  • Filmləri ən çox göstərilən ölkələr isə 166 film ilə ABŞ oldu. Növbəti iki yerdə isə qonşu ölkələrin filmləridir; 47 Türkiyə, 32 Rusiya istehsalı film
  • Ən çox seansı olan film animasiya filmi olan "Despicable Me 2" oldu - 649 seans. Onu 619 seansla "Iron Man 3" və 590 seansla "Last Vegas" izləyir
  • Ən uzun müddət kinoteatrlarda  göstərilən film isə 126 gün ilə "Kelebeğin Rüyası" filmidir. Onu bir başqa Türkiyə istehsalı film "Aşk Kırmızı" (98 gün) və Azərbaycan istehsalı "Planet Parni iz Baku - Hər gün sirk" (92 gün) şousu izləyir.
  • Son olaraq isə 2013-cü il ərzində Kinotap-ın Facebook səhifəsini 65656 insan bəyənib. Ən çox bəyənən şəhərlərdə isə ilk 3 yer Bakı, Sumqayıt və Gəncədir

Aid olduğu bloglar

Labrin.net

Labrin.net -in Weboxu blogu

Oxucuları
6
Başlıqları
6
Reytinq
-1.13

KinoTap.com

KinoTap.com saytının Weboxu blogu

Oxucuları
51
Başlıqları
7
Reytinq
7.50

Korporativ: KinoTap.com

Kino afişa saytı

Oxucuları
2
Başlıqları
1
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər