Kinotap.com-un iPhone-lar üçün tətbiqi istifadəyə verildi.

Fevral ayında Kinotap-ın Android telefonlar üçün olan tətbiqini istifadəyə vermişdik.
İstifadəyə verdikdən sonra iPhone və iPod-lar üçün olan versiyası üzərində işləyirdik.
Xüsusi ilə Bakcell-in Mobile Monday ilə birgə təşkil etdiyi yarışmada finala qaldıqdan sonra mümkün qədər tətbiqi yekunlaşdırmağa çalışdıq. Artıq beta versiyası hazırdır. App Store-a əlavə etdik, yükləmək üçün hazırdır — https://itunes.apple.com/us/app/kinotap/id641557344
Qeyd edim ki, KİV-dən də oxuya biləcəyiniz kimi Kinotap application-u qeyd etdiyim müsabiqədə ən yaxşı application seçildi.
Application iPhone və iPodlarda tam dəstəkləyir. iPadlarda isə resize edərək proqramı açır. Gələcəkdə iPad və Android planşetlər üçün də uyğunlaşdırılmış versiyaları təqdim edəcəyik.
Application native olaraq yazılıb. Kino həvəskarlarının əsas ehtiyacını ödəmək üçün ilkin funksiyaları əlavə etmişik.
Hal-hazırda kinoteatrda göstərilən filmlər, Tezliklə göstəriləcək filmlər, Kinoteatrların siyahısı əsas başlıqlar olacaq.


Filmlərin seans saatları, seans saatlarının xüsusi detalları; filmin dili, bilet qiyməti, formatı, bitmə zamanı, zalı ilə tanış olmaq mümkün olacaq. Eyni zamanda hər bir kinoteatrı seçərək orada göstərilən bütün filmlərlə tanış olmaq mümkündür:


Saytdakı istifadəçilərin işi rahatlaşdıran Filtr sistemi iPhone app-da da mövcuddur:


Filmin detalları ilə tanış olmaq, çəkilən aktyorları görmək, trailerinə baxmaq imkanınız da olacaq.


Qeyd edim ki, tətbiq də saytın olduğu kimi 3 dildədir. Azərbaycan, Rus, İngilis dillərində istifadə edə bilərsiniz.
Nəzərinizə çatdıraq ki, applicationun funksiyaları ancaq bunlardan ibarət qalmayacaq. Sayta və Mobile tətbiqə daha çox funksiyaların əlavə edilməsi gələcək planlarımızda var.

Aid olduğu bloglar

KinoTap.com

KinoTap.com saytının Weboxu blogu

Oxucuları
51
Başlıqları
7
Reytinq
7.50

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər