Kinotap.com android tətbiqi


Labrinin Twitter hesabından məlumat verdiyimiz kimi Kinotap application-ın Android üçün versiyası bir müddətdir ki, beta testerlər tərəfindən test olunurdu. Səhvlərimizi görməkdə köməklik göstərdikləri üçün hər birinə ( @em94mu, @azizoid, @tural_a, @Lyubuntu @NajafovRashad, @mrufkaus ) təşəkkür edirik.
Artıq application-u istifadəyə verdikhttps://play.google.com/store/apps/details?id=net.labrin.kinotap. Hələki beta versiyada fəaliyyət göstərəcək. Saytdakı bütün funksiyaları aktiv olmayacaq. Gələcək update-lərdə inkişaf elətdirilərək saytla tam eyni funksiyalarla təmin olunacaq.
İstifadəçiyə əsas lazım olacaq funksiyaları tətbiqdə tapmaq mümkündür. Hal-hazırda kinoteatrda göstəriləcn filmlərin seans cədvəlləri, tezliklə göstəriləcək filmlərin siyahısını istifadəçilər görə biləcək. Filmlər haqqında ətraflı məlumat, aktyorlar, treyler və s. kimi məlumatları da istifadəçilər applicationdan əldə edə biləcəklər.


Seans hissəsinə saytda olduğu kimi app.da da xüsusi fikir vermişik. Filmin seanslarına baxdıqda bitmiş seansları, hal-hazırda davam edən və gələcək seansları ayırmaq mümkündür. Seans saatının üzərinə toxunduqda (touch) isə həmin seans barədə ətraflı məlumatı görə bilərsiniz: qiymətlər, filmin dili, bitmə vaxtı və formatı.


Kinoteatrlar barədə də applicationda məlumat almaq mümkündür. Saytda olduğu kimi kinoteatrın əlaqə məlumatları, yeri, və bu kinoteatrda göstərilən filmlər.
Saytdakı filtrləmək funksiyasından, applicationda da yararlanmaq mümkündür. Beləcə mobil cihazınız və application köməkliyi ilə sizin vaxtınıza və zövqünüzə ən uyğun filmi seçmək imkanınız olacaq.


Sonda bir daha app-ın ünvanını xatırladım — https://play.google.com/store/apps/details?id=net.labrin.kinotap

Gələcəkdə saytın digər mobil əməliyyat sistemləri üçün də tətbiqlərinin yazılması nəzərdə tutulub. Ancaq application-ı gözləmədən də saytın HTML5 mobil versiyasından istifadə edə bilərsiniz. Bunun üçün m.kinotap.com ünvanına daxil ola bilərsiniz.

Aid olduğu bloglar

KinoTap.com

KinoTap.com saytının Weboxu blogu

Oxucuları
51
Başlıqları
7
Reytinq
7.50

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər