KinoTap.com - kino afişa saytı

Bu gündən Labrin-in yeni saytını istifadəyə veririk — KinoTap.com.
Belə bir ideya olaraq çoxdan bəri fikirdə var idi. Ancaq Kinoteatrların az olması səbəbi ilə belə bir saytın aktuallığı yox idi. Artıq ən az 3 kinoteatr var yaxın zamanda yeniləri də açılacaq. Ona görə kino afişa saytının aktuallığı meydana çıxmağa başlayır.
Yay aylarında Kino seçməyə çalışarkən hər kinoteatrın saytına ayrıca girmək, seçmək çox vaxt aparırdı. Yaxın bir tanışın «bütün filmlərə eyni yerdən baxıb seçmək imkanı olsa yaxşı olardı» fikrindən sonra ideya yenidən aktuallaşdı. Avqustun ikinci yarısından bu yana saytın hazırlanmasına başladıq. Nəhayət beta versiyası hazır oldu. Hələ ki, nəzərdə tutulmuş funksiyaları tam olaraq hazır deyil.


Saytın əsas məqsədi həm indi Kinoteatrlarda olan filmləri, həm də yaxın zamanda olacaq filmlərin afişasını göstərməkdir. Seanslar bölümündə filmləri seçmək üçün xüsusi rahatlıq nəzərdə tutulub. Məsələn siz özünüzə uyğun saatda — deyək ki, işdən sonra 18.00-20.00 arası olan filmlərin siyahısını görmək istəyirsiniz. Bu zaman bölmədən uyğun filtrasiyanı edərək həmin saat aralığındakı başlayan filmləri görə bilərsiniz.


Filmlərin hansı seansları olduğunu, indiki davam edən seansın neçənci dəqiqəsində olduğunu, hansı kinoteatrlarda göstərildiyini, bitmə tarixini və s. məlumatları da görmək imkanınız olacaq:



Filmlərin öz səhifələrində, film barədə mümkün qədər ətraflı məlumat almaq imkanı olacaq. İştirak edən aktyorlar, filmlərdən fotolar, trailerlə və s.


Saytda Facebook və Twitter vasitəsilə qeydiyyatdan keçib, filmlərə səs verə bilərsiniz. Qısa müddət ərzində isə, filmlərə şərh yazıb müzakirə etmək imkanı yaranacaq.
Verilmiş səslər əsasında da, hal-hazırda kinoteatrlarda göstərilən filmlərin yerli TOP listi yaranır:

Gələcək üçün əsas olaraq Smarfton istifadəçiləri üçün APP-ları istifadəyə verəcəyik. İlk əvvəl ən çox istifadə edilən MOS-lər ilə başlayacağıq.

Sayt beta versiyada olduğundan bir sıra xətalar ola bilər. Sayt əsas olaraq Chrome və FireFox-da tam işləyir.
İstər texniki, istərsədə tərcümə xətalarını bizə bildirsəniz minnətdar olarıq. Həm bu blogpostda şərh olaraq yaza bilərsiniz, həmdə bizdə facebook: www.facebook.com/KinoTap və twitter: twitter.com/KinotapCom üzərindən fikirlərinizi bildirə bilərsiniz.
Eyni zamanda təklifləriniz və iradlarınızı da eyni kanallar vasitəsi ilə bizimlə bölüşə bilərsiniz.

Aid olduğu bloglar

Labrin.net

Labrin.net -in Weboxu blogu

Oxucuları
6
Başlıqları
6
Reytinq
-1.13

KinoTap.com

KinoTap.com saytının Weboxu blogu

Oxucuları
51
Başlıqları
7
Reytinq
7.50

5 şərh

Tural
Xeyirli olsun yaxşı iş görmüsüz. Mən bir az saytda gəzdim bir iki fikir və təklif olaraq bildirmək istəyirəm.
kino xəbərlərlə bağlı bölümü cineline ilə inteqrasiya olunsa maraqlı olar. blog bölümü isə kinoklik ilə. birdə ki, «top list» sözünü «top-5» ya da «top siyahı» olsa yaxşı olmazmı? son olaraq film afişaları rusca olmasa daha yaxşı olar. ya orijinal öz dilində ya da azərbaycanca hazırlanmış olsa əla olar, həmçinin treylerlər. bu qədər uğurlu olsun inşallah
Shaig
Sağ ol Tural. Təşəkkürlər.
Digər Kino resursları ilə bir şəkildə əməkdaşlıq planımız var. Amma bu onlardan da asılı məsələdir. Ancaq ola bilər ki, xüsusi bir bölmə edək, onların xəbərlərinə keçid olsun.
Blog məsələsində isə, buradakı blog kino blogu deyil. Saytın blogudur. Ona görə də weboxu-dadır. Yəni saytdakı texniki yeniliklər, məlumatlar barədə yazılacaq. Məsələn yeni app çıxdı kimi ).
Top siyahını nəzərə alarıq.
Kino afişalar və Trailerlər hələki çox vaxt tələb edir. Ona görə əksərən orginal dildə olur. Yəni belə deyim IMDB-də əgər varsa oradan götürülür, yoxdursa da Kinopoiskdən.
sESo
Şaiq uğurlar. Çox yaxşı və faydalı proektdir. 1 il əvvəl buna oxşar bir sayt mən hazırladım. Sadəcə kinoya marağımdan irəli gəlirdi. cinexman.com amma sonradan adını dəyişdim moviex.me qoydum. Hal-hazırda fəaliyyət göstərir sayt. Amma nəsə tərəfdaşlıq etsək məncə uğurlu alınar)
heliks
Həqiqətən də bəyənilən saytdır. (Professional işi dərhal bəlli eliyir :). Teatr tamaşaları üçün də belə bir sayt olsa əla olar. Saytda həm oynanılacaq tamaşaların afişaları, aktyorlar, tamaşanın yazıçısı, mövzusu v.s. barədə xəbərlər yer alsın, həm də tamaşadan sonra izləyicilərin öz təəssüratlarını bölüşmək imkanı olsun. Hal-hazırda sadəcə facebook səhifəsi fəaliyyət göstərir və mənim fikrimcə qənaətbəxş deyil.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər