Yahoo balacalaşır


Yahoo, gəlirli olmayan və qrupun strategiyalarına uyğun gəlməyən məhsul qruplarını bağlayır.

Yahoo-nun kiçilmə planıyla əlaqədar xəbər, ABŞ-ın nüfuzlu iqtisadiyyat qəzetlərindən Wall Street Journalda yer aldı. Xəbərdə, Yahoo spikerinin, «karlı olmayan ya da qrupun strategiyalarına uyğun gəlməyən məhsul və xidmətləri sona çatdıracağıq» şəklindəki şərhinə yer verildi.

Yahoo-nun cəmi çalışan sayı 14 mina çatır. Keçən həftə Yahoo 600 nəfəri işdən çıxarmışdı; bunların hansı iş sahələrini əhatə etdiyinə açıqlıq gətirilmədi. Mütəxəssislər, Yahoo rəhbərliyinin qapısına kilid vurulacaq xidmətlərin hansıları olacağına hələ qərar vermədiyinə diqqət çəkir.

Ancaq texnologiya mediasına əks olunan xəbərlərə görə, DeliciousAltaVista ilə birlikdə MyBlogLog, Yahoo Picks, Yahoo Buzz, Yahoo videoYahoo Bookmarksın da bağlanılması müzakirə edilir.

Delicious, „sosyal yer göstəricisi" olaraq online xidmətlərin qabaqcılları arasında yer alır. 2003-də Joshua Schachter tərəfindən qurulan Delicious, 2005-də Yahoo tərəfindən satın alındı. Yahoo o dövrdə Deliciousa ödədiyi rəqəmə dəqiqlik qazandırmadı. Ancaq texnologiya bloglarında bunun 15-30 milyon dollar arasında olduğu yazıldı. Delicious, 2008 ili sonunda 5.3 million istifadəçi 180 milyon qeydli yerə çatdı. Sektor mütəxəssisləri, Deliciousun son dövrdə rəqib StumbleUpon qarşısında sürətlə gerilədiyinə diqqət çəkir.

AltaVistaya vida
AltaVista, uzun illər axtarış mühərriki deyilincə ilk ağla gələn ünvanlardan oldu. 1995də fəaliyyətə keçərək axtarış mühərriklərinin qabaqcıllarından olan AltaVista, Googlelə rəqabət edə bilmədi. Yahoo, 2003də AltaVistanı bünyəsinə qatdı. Ancaq Google qarşısında yarışa bilməyən Yahoo, daralma strategiyası daxilində axtarış mühərriki bazarından tamamilə çəkilmə qərarı aldı. Yahoo, 29 İyul 2009 tarixində axtarışda qrup xidmətlərinin Microsofta aid Bing texnologiyasına əmanət edildiyini eşitdirdi.

Yahoo video
Yahoo video isə gələn ildən fəaliyyəti dayandırılacaq. İlk əvvəl sadəcə video yükləmək icazə verilməyəcək. Mart ayına qədər istifadəçilər öz yüklədikləri videoları endirmə səlahiyyətində olacaqlar. Mart ayından sonra isə tamamilə fəaliyyətini dayandıracaq.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
309
Reytinq
0.00

9 şərh

ParvizNasirov
Onsuzda axır vaxtlar yahoo zəifləyir.
Shaig
Elədir. Yahoo strategiyalarına uyun gəlməyən deyə elə bağlayır. Bilmirəm hələki strategiyaları olaraq nəyi təyin ediblər.
Sadig
Ümumiyyətlə bir daha təsdiq olunur ki, artıq böyük portalların dövrü keçir.
ParvizNasirov
məncə böyük portalar sadəcə zəifləyib yerlərini başqaları tutur.
iamzaur
ilk e-mailim yahooda olubdur `99 ildə Ölkə siyahısında Azərbaycan yox idi Türkiyə ölkəsini seçmişdim.Xoşum gəlir Yahoo Mail`dən istifadə edirəm indinin özündə də.
Hə o, vaxt axtarış deyəndə Altavista.
Hələ Google öz hökmüranlığını sürəcək.
Shaig
Yahoo-nun ümumiyyətlə servislərini belə bağlamağını görəndə, adamın mailinə də şübhəsi yaranır.
iamzaur
:-)))))) Lap ürəyimcə oldu bu fikrin Şaiq çoxlu gülmüşəm bu sözünə
DeviD
Yahoo-nun əsas baza servisi elə Mail servisidi, onsuz yahoo yox kimi bir şeydi.Facebook, Tvitter kimi yahoonun yanında «körpə saytların» onun reytinqini keçməsi məncə öz günahıdı.Mənə çatmır ki yahoo nə ağılla Facebook, Tvitteri açıq aydın reklam edirlər? Heç o saytlarda Yahoo-nun gözə soxan reklamı yoxdu.Alt bölmələrdə reklam fason bir şeydi
iamzaur
şərhlərin 100% Yahoo`nun bu günkü 2-3 sözlə bu cür ifadə etmək yetərlidir.MaşaAllah bəyəndim.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər