Online alış-veriş saytlarına vergi gəldi!



Edilən səsvermə nəticəsində online saytların vergi ödəməsi yüzdə 60 səslə qəbul edildi. Bundan sonra onlar vergiləndirmə sistemində yerini alacaqlar.

Çoxumuz bir dəfə də olsa online üzərindən alışveriş etmişik. Bəs heç maraqlanmısız ki bu saytlarda vergi ödənişi olunurmu? ABŞ-dakı Ali Məhkəmə online satış edən saytların dövlətə satış vergisi ödəyib ödəməmələrinə dair bir açıqlama verdi.

Edilən səsvermə nəticəsində online satışların vergi ödəməsi yüzdə 60 müsbət səslə qəbul edildi. ABŞ-da internetdən edilən alışverişlərdən vergi alınması barəsində uzun müddət davam edən mübahisələrə, son nöqtəni ABŞ Ali Məhkəməsi qoydu. Beləliklə artıq saytlardan dövlət vergi alacaq. Bu vergiləndirmə də istifadəçilərdən dolayı yollarla çıxılacaq.

E-ticarət şirkətləri ilə internetdən alışveriş etməyi seçən istifadəçiləri üzən qərar, son illərdə alışverişlərin gedərək artan sürətdə internet üzərindən edilməsi səbəbiylə zərər edən pərakəndə şirkətlərini isə sevindirdi.

Bu qərar nəticəsində Amazon və eBay hissələri yüzdə 2-lik bir faizlə gerilədi. Digər online saytlarında isə yazdə 16-lıq geriləmə e-ticarət tarixi baxımından qara gün olaraq adlandırdı.

Daha əvvəl New York xaricindən sifariş olunan məhsullar üçün vergi ödənmirdi. Yeni gələn vergi qanunu ilə birlikdə firmaların bu vergiləri müştərilərə ödətməsi də yenə ehtimallar arasında görülür. Baxaq bu qərar nəticəsində firmalar necə bir yol izləyəcəklər.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
313
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər