"Apple Maps" yenilənir


İlk istifadəyə verildiyi illərdə ümidləri boşa çıxaran və yerini Google Maps-ə verən Apple Maps yeni bir dizaynla istifadəçilərin qarşısına çıxmağa hazırlaşır.
Hər nə qədər çox bacarıqlı firma kimi görünsə də, Apple-ın da keçmişdə böyük uğursuzluqları olub. Bunlardan biri olan Apple Maps ötən illərdə istifadəyə verilmiş, ancaq istifadəçi təcrübəsinin pisliyi, xəritələrin aktual olmaması və istiifadə çətinlikləri üzündən istənən uğura çata bilmədi. İstifadəyə təqdim olunduqdan qısa bir müddət sonra qaldırılan tətbiq yerinə Google Maps istifadısinə başlanmışdı.
Gələn xəbərlərə görə Apple öz xəritə tətbiqindən vaz keçmir. Firma bu dəfə tətbiqi öz toplayacağı məlumatlarla başdan dizayn edəcək. Əvvəllər bu xəritə məlumatlarını OpenStreetMap və TomTom kimi üçüncü proqramlar təmin etdiyinə görə xəritələrin işlək olmaması Apple-I çətin vəziyyətdə qoymuşdu.
Apple məlumat toplamaq üçün iki növ mənbə istifadə edəcək: Bunların bir dənəsi Apple-in öz vasitələri və Dronelar yəni insansız hava vasitələri. Bu üsul və mənbələrlə xəritələr ən başdan tərtib ediləcək və yol nişanları, zolaqlar, binalar təsbit ediləcək. Apple-ın məlumat toplamaq üçün istifadə edəcəyi ikinci mənbə isə mobil telefonlar olacaq. iPhone-lardan alınan informasiya sayəsində xəritələrə əlavə edilən yollar seçiləcək və günlük nəqliyyat vəziyyətinin məlumatları alına biləcək.


Apple Maps iOS 12 Beta ilə gelir
Yeni üsulun istifadəçilərin şəxsi məlumatlarına zərər verməyəcəyini bildirən Apple bu xəritə texnikasıyla daha yüksək doğruluq və detallar vəd edir. Həmçinin bölgələrdəki yeniləmə əvvəlki kimi aylıq olaraq deyil, gündən günə gələcək. İndi sadəcə San Fransiskoda sınağı aparılan yeni xəritə məlumatları növbəti həftə Ios 12 betaya gələcək. Payıza qədər Şimali Kaliforniya bölgəsini əhatə edəcək. Ancaq dəqiqliklə xəritə məlumatlarının nə zaman tamamlanacağı mövzusunda Apple-dan bir açıqlama gəlməyib.
Apple'ın işi çətindir
Xəritələrin yenilənməsini təmin etmək üçün Apple kimi bir dünya nəhəngi üçün belə çətindir. Çünki yolların vəziyyətinin tez-tez dəyişdiyi ölkələrdə bu yerlərin yenilənməsini təmin etmək o qədər də asan olmur. Dünya nəhəngi və bu sahədə hətta rəqibsiz hesab edilən Google belə bu mövzuda yüzdə yüz garanti vermir.
Digər tərəfdən xəritənin yenilənməsi üçün istifadəçilərin mobil telefonlarını işlətməsi uzun müddət firmanın qarşılaşacağı çətinliklərdən biri ola bilər.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
313
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər