Bakıda “Pulsuz Wi-Fi” zonalarının sırasına daha biri əlavə olundu


“Baktelecom” “Pulsuz Wi-Fi” zonalarının sırasına daha birini əlavə edib. Bu gündən etibarən “İzmir” parkını istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər.

“Baktelecom”dan verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə «Bakı Telefon Rabitəsi» MMC (Baktelecom) tərəfindən cari ilin mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə «Pulsuz Wi-Fi» xidmətin əhatə dairəsi genişlənir. “Pulsuz Wi-Fi” şəbəkəsi tezliklə Bakının Nərimanov parkında da istifadəyə veriləcək.

Qeyd edək ki, indiyədək “İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış, Zabitlər, Dədə Qorqud, eləcə də “Port Baku Residence” və “Port Baku Mall” (Fashion Avenue) parklarında da aktiv edilib.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
309
Reytinq
0.00

2 şərh

jennyhannb
“Pulsuz Wi-Fi” şəbəkəsi tezliklə Bakının Nərimanov parkında da istifadəyə veriləcək. hotmail login com.
htmlcolor
I read some articles on this site and I think your blog is really interesting and has great information. Thank you for your sharing.
wings io

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər