Virtual aləmin köhnələri - top 10

Texnologiya artıq günbə-gün yox, saniyələr ərzində dəyişir. İnternet dünyasında baş verən bütün yeniliklərə baxmayaraq artıq xatirələrə çevrilən fenomenləri yəqin ki, hər kəs xatırlayacaq. Beləliklə, Sizə virtual dünyanın artıq köhnələn top 10-luğunu təqdim edirik:

1. Disket

Bu xarici yaddaş qurğusu çoxdan antikvara çevrilib. Halbuki bir zamanlar onsuz keçinmək mümkün deyildi, yaddaşı az olsa da.
2. Dial up

Bu modemlərin özünü unutsaq da səsini heç vaxt unutmarıq, cırcırama kimi səs çıxarırdı, oturub gözləyirdik ki, internetə nə vaxt qoşulacaq. Dial upla nəinki filmə, heç Youtube-da klipə də baxmaq olmurdu.
3. Yahoo

Onda Google yox idi, Yahoo-da axtarış edirdik.
4. Norton Commander

Məşhur fayl meneceri idi. Heç bir qəzet redaksiyası bu proqramsız ötüşməzdi.
5. Soyunan qızlar və şaşki

Bu oyunu da unutmadıq, yekə-yekə kişilər saatlarla kompüterin arxasında oturub şaşki oyanırdılar, nədi-nədi hər dəfə udduqca kompüterdəki seksual qız paltarını soyunurdu.

6. mİRC

Onda nə Mail.ru agent vardı, nə Facebook, nə başqa sosial şəbəkələr. MİRC vasitəsi ilə çatlaşırdıq.
7. Forumlar

Facebook və digər sosial şəbəkələr forumları da sıradan çıxardı. Burda müxtəlif mövzular müzakirə olunurdu.
8. Vap saytlar

Mobil telefonlar www tipli saytları dəstəkləmirdi deyə vap saytlar geniş yayılmışdı.
9. Winamp

Kompüteri format edəndə proqramistə mütləq tapşırardıq: Winamp da yüklə! Bunsuz olmazdı. Youtube bunu da sıradan çıxardı.
10. MSN

Microsoft kompaniyasının internet xidməti idi. Çatlaşmaqdan əlavə görüntülü ünsiyyət də vardı.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
313
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər