MilliNet 2016 müsabiqəsinə qeydiyyat davam edir


Məlum olduğu kimi, hər il Azərbaycan internetinin ən yaxşı saytları və internet layihələri arasında Milli İnternet Mükafatı — MilliNet müsabiqəsi keçirilir.

MilliNet Təşkilat Komitəsinin məlumatına görə, iddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz resurslarını təqdim edə bilərlər.

Təşkilat Komitəsindən o da qeyd edilib ki, bu il müsabiqənin rəsmi saytı dizaynını dəyişib, yenilənib.

Bildirilib ki, sayt bir neçə il əvvəl yaradılıb, müsabiqə iştirakçıları və Ekspertlər Şurasının rahatlığı üçün hazırda sayt yeni veb trendlər ilə əvəz edilib:

“Saytın dizaynı daha da sadələşdirilib. Əsasən saytın mobil istifadəçi interfeysində dəyişikliklər edilib. Məqsədimiz, müsabiqə iştirakçılarının saytdan daha rahat istifadəsini təmin etməkdir. Həmçinin saytda onlayn səsvermə də müsabiqə ekspertləri üçün rahatlaşdırılıb”.

Təşkilat Komitəsindən verilən məlumata görə, bu il Milli İnternet Mükafatı uğrunda yarışma 11 nominasiya üzrə keçiriləcək:

-Korporativ saytlar

-İctimai-sosial saytlar

-Media və İnformasiya

-Mədəniyyət, incəsənət və turizm saytları

— Ailə, uşaq və sağlamlıq

-Bloqlar

-Elm və təhsil

-Elektron hökumət

— Xidmət (Servis) –eTicarət

-Mobil tətbiqlər-

-Ən yaxşı sosial şəbəkə səhifəsi

Qeyd edək ki, saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan münsiflər heyəti aparacaq.

Qaydalara uyğun olaraq, münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir.

Münsiflər heyətinin verdiyi səslər müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir.

Yekun səsvermədə münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlər əsaslandırılır.
Müsabiqədə 11 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı -hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı noyabr ayının 20-dək davam edəcək. Qiymətləndirmə prosesi dekabrın 15 -dək davam edəcək.

Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin dekabr ayının sonunda keçirilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Delta Telecom, Lenovo və Bestcomp şirkətləri dəstək verir.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
306
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər