Macarıstanda Start-up Sahibkarlığı ixtisası üzrə distant magistr dərəcəsi

IBS-UWSŞotlandiyanın ən yenilikçi, müasir universitetlərindən biri olan Qərbi Şotlandiya Universiteti (University of the West of Scotland) Macarıstanın International Business School universiteti ilə birlikdə iki illik distant master proqramları təklif edir. İnteraktiv dərs materialı əsasında qurulan distant təhsil proqramları sizə öz cədvəlinizə uyğun təhsil almaq şəraiti yaradır. Tələbələr hər semestrin əvvəlində, dərslərdən əlavə olaraq sənaye ekspertləri tərəfindən keçirilən seminar və təcrübə proqramlarında iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeşt şəhərinə dəvət edilir. Tələbələr həmçinin Avropanın və bir çox aparıcı beynəlxalq şirkətlərin ofislərini ziyarət etmək fürsətini qazanırlar.



Distant magistr proqramı haqqında əsas məlumatlar:
  • Proqramın müddəti: 4 semestr
  • Son qeydiyyat tarixi: 31 May
  • Başlama tarixi: Sentyabr, 2016-ci il
  • Hər semestr üzrə təhsil haqqı: 1900 avro
  • Avropa İttifaqından olmayan tələbələr üçün qeydiyyat haqqı: 900 avro
  • Məzunların diplomu: Qərbi Şotlandiya Universiteti
  • Tədris dili: ingilis dili
  • Qəbul şərtləri: www.study-hungary.com
  • Ətraflı məlumat: info@ study-hungary.com
  • Kim müraciət edə bilər: istənilən sahə üzrə bakalavr diplomu olan və ingilis dilini ən azı IELTS 6.5 və ya TOEFL IBT 90 bal səviyyəsində bilən şəxslər.

Təhsil almaq üçün karyeranıza fasilə verməyinizə ehtiyac yoxdur, çünki tələbələrin bütün ehtiyaclarını qarşılayacaq yeni onlayn təhsil sistemi var. Start-up Sahibkarlığı üzrə magistr proqramı yeni yaranan və o cümlədən ilkin inkişaf mərhələsində olan biznesin idarə olunması üçün lazımi bilikləri verir. Bu proqram müəssisələrin idarə edilməsi, məhsulun inkişafı, marketinq və maliyyə problemlərinin həlli istiqamətində bilik və praktiki bacarıqlar verərək tələbələri gələcəyə hazırlayır. Bu unikal proqram bir məqsəd üçün nəzərdə tutulmuşdur: yenilikçi start-up-lar dünyasında sahibkar olaraq uğur qazanmaq üçün əsas bacarıqları inkişaf etdirmək.

Study in Hungary

Modullar:
  1. Yenilikçi fikirlər və yaradıcı konsept;
  2. İstehlakçı davranış və müştərinin qiymətləndirilməsi;
  3. Biznesin başlaması və miqyası üçün layihənin idarə edilməsi;
  4. Online marketinq strategiyası;
  5. Venture sərmayesi və maliyyənin artırılması;
  6. Biznes modelin dizayn edilməsi;
  7. Axtarış metodları;
  8. Menecement;
  9. Sahibkarlıq və texnologiya;
  10. İnnovasiya və dəyişim menecmenti;
  11. Əqli mülkiyyətin qorunması;
  12. İstedadların cəlb edilməsi və komandada qorunub saxlanması;
  13. Dissertasiya işi.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
306
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər