Azərbaycan 6 saat internetsiz qaldı - Səbəb


Bu gün Azərbaycanda internet təminatı ilə bağlı problem baş verib, provayderlər və istifadəçilərin internetə çıxışında problem yaranıb. Hazırda Azərbaycanda internetə çıxış qismən bərpa olunub. Bununla belə, ölkə ərazisində əksər saytlara, o cümlədən bir sıta dövlət orqanlarının saytlarına giriş mümkün deyil. Eyni zamanda, internetin sürəti də olduqca zəifdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, ölkəni internetlə təmin edən «Delta Telecom» şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlar zədələnib:

«Fövqəladə Hallar Nazirliyi yanğını söndürüb. Hazırda alternativ kanallarla ölkə internetlə təmin olunur, lakin onun sürəti çox zəifdir. Yaxın vaxtlarda avandanlıqlar tam yeniləri ilə əvəz olunacaq və ölkədə internetə çıxış və onun sürəti bərpa olunacaq».

Qeyd edək ki, internetin kəsilməsi ölkənin elektron ödəniş sisteminin işində də problemlər yaradıb. Belə ki, saat 17:00 radələrində Azərbaycan ərazisində internet təminatı ilə bağlı yaranan fasilələlər ölkədə fəaliyyət göstərən bəzi bankların işinə də neqativ təsir göstərib.

Bundan əlavə internetin çökməsi bəzi mobil operatorların abunəçiləri üçün də problem yaradıb. Belə ki, Azercell abunəçiləri 6 saat internetdən istifadə edə bilməyiblər. Bakcell və Nar mobile şəbəkəsində isə nəzərəçarpacaq problem hiss olunmayıb.

Aid olduğu bloglar

Delta Telecom

Delta Telekom Qafqaz regionunun aparıcı telekommunikasiya operatorudur. Regionun ən iri İnternet Backbone şəbəkəsi Delta Telekoma məxsusdur. Müasir texnologiyalara əsaslanan Backbone şəbəkəsi platforması vasitəsi ilə Azərbaycanın bütün və Gürcüstanın 78%dən artıq İnternet provayderləri professional İP Backbone xidmətləri ilə təmin olunur. Şirkətin DWDM şəbəkəsi infrastrukturu bütün regional mərkəzləri və beynəlxalq çıxışları əhatə edir. Qonşu ölkələr ilə qarşılıqlı rabitə xəttlərinin tutumu onlarla giqabit saniyəyə çatdırılıb

Oxucuları
3
Başlıqları
10
Reytinq
0.00

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
308
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər