Mobil Nömrələrin Satışı Onlayn Həyata Keçiriləcək

Azərbaycanda mobil nömrələrin satışı və sənədləşməsi mərkəzləşmiş qaydada «Elektron hökumət» portalı üzərindən həyata keçiriləcək. Bu barədə Məlumat Hesablama Mərkəzi (MHM) məlumat verir.
Online Shopping
Bildirilir ki, mobil nömrələrin satışı və sənədləşdirilməsi prosesi pərakəndə şəkildə aparıldığından və abunəçiyə aid məlumatlar sistemə əl ilə daxil edildiyindən tez-tez qeyri-dəqiqliyə yol verilir. Bu isə hüquq-mühafizə orqanlarının işində, müxtəlif sənədləşmələrin aparılmasında və bir sıra digər problemlərə gətirib çıxarır.

«Elektron hökumət” portalı üzərindən müvafiq servisin verilməsi qeyd olunan problemin birdəfəlik həll edilməsi məqsədini daşıyır.

Layihə istismara verildikdən sonra abunəçinin şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodu kompüterə daxil ediləcək və abunəçi barədə məlumatlar Daxili İşlər Nazirlyinin məlumat bazasından avtomatik olaraq yoxlanılacaqdır. Portala daxil olma elektron imza vasitəsilə mümkün olduğundan, nömrələrin sistemə işlənməsi zamanı əməliyyatıçının identifikasiyası, vətəndaşın pasport məlumatlarının Daxili İşlər Nazirlyinin məlumat bazasına daxil olaraq online rejimdə yoxlanılması mümkün olacaq.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
306
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər