Ölkədə Təhsil Haqqı Onlayn Ödəniləcək

Online Payment
Azərbaycan dövlət ali məktəblərinin ödənişli fakültələrinin tələbələri təhsilə görə ödənişi dövlət ödəniş portalı vasitəsilə (gpp.az) onlayn rejimdə həyata keçirə biləcəklər.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təşkil etdiyi brifinqdə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablamaları departamentinin direktor müavini Vahid Qurbanlı deyib.

Onun sözlərinə əsasən, yaxın ay ərzində xidmət portala inteqrasiya ediləcək: «Tələbələrə ödəniş etmək üçün xüsusi kod veriləcək. Onlar dövlət ödəniş portalı, bank şöbələri və ya poçt rabitəsi ilə ödənişi həyata keçirəcəklər».

Mənbə: Trend

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
308
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər