Dünya azərbaycanlıları milli telekanallarımızı öz televizorlarında izləyə biləcək

Milli televiziya internet-platforması olan Myvideo.az internet vasitəsi ilə milli telekanalları izləmək üçün xüsusi Myvideo Smart Box cihazını təqdim edəcəkdir. Bu haqda Myvideo.az-ın rəhbəri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, sözü gedən cihazı əldə etməklə istifadəçilər öz televizorlarında istənilən kanalı kabel televiziya operatoruna qoşulmadan izləyə biləcək.
Tv
“Bizim əsas məqsədlərimizdən biri dünyanının istənilən ölkəsində olan həmyerlilərimizin milli kanallarımıza izləyə bilməsinə şərait yaratmaqdır. Myvideo Smart Box isə onlara milli kanallarımıza öz televizorlarına baxmaq üçün çox rahat şərait yaradır. Lap konkret deyim, həmyerlilərimiz dünyanın istənilən nöqtəsində milli kanallara baxa biləcək və Azərbaycana daha yaxın olacaq! Bu mövzuda bizə dəstək üçün Myvideo.az Xarici İşlər Nazirliyinə və Diasporalarla İş Üzrə Dövlət Komitəsinə müraciyyət etmək niyyətindədir. Həmçinin, Myvideo.az milli kanallarımızı daim izləmək və ölkəmizdə baş verənlərdən operativ xəbər almasına şərait yaratmaq üçün Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərini də Myvideo Smart Box cihazı ilə təmin etməyə hazırdır”, — deyə Ə.Əliyev bildirmişdir.

Onu da vurğulayaq ki, sözü gedən cihazın köməyi ilə nəinki milli kanallarımızı, həmçinin istifadəçinin yüklədikləri bütün videoları və Myvideo.az saytının bazasında olan istənilən internet-kanalları da izləmək mümkündür.

Ə.Əliyev vurğulayıb ki, Myvideo.az istənilən diasporamıza myvideo.az saytının bazasında şəxsi sayt yaratmaq üçün şərait yaratmağa hazırdır.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
305
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər