NETTY2015-in nominantları müəyyən edilib

Netty2015
NETTY2015 Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən edildi. Virtual Jüri və Ekspert Şurasının səsverməsi nəticəsində iştirakçı-saytların ümumi sayından 40-dən çox resurs seçilib və onlar artıq Mükafatın nominantlarıdır. Nominantların yekun siyahısı ilə netty.az/az/nominants saytında tanış ola bilərsiniz. Mükafatın Akademiyası səsverməyə başlayıb. Nominantların sırasından seçilən qaliblər rəsmi mükafatlandırma mərasimi zamanı 20 may tarixdə elan olunacaq. Nominasiyaya layiq bilinən bütün saytların nümayəndələri mərasimdə iştirak edəcəklər.

ƏLAVƏ OXU: Windows 10 yeniləməsi hətta pirat versiyaları üçün pulsuz olacaq

Qeyd etməliyik ki, Akademiyanın üzvləri daxili səsvermə əsasında hər nominasiya üzrə bir qalibi müəyyən edəcəklər. Akademiyanın qərarı ilə «Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsinə görə» və "İlin İT-Hadisəsi" fəxri nominasiyalarda qaliblər elan olunacaq. Həmçinin «Mobil qurğular üçün ən yaxşı proqramlar» nominasiyasında qaliblərin mükafatlandırılması həyata keçiriləcək.

Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin baş partnyor KATV1. Müsabiqənin partnyorları aşağıdakılardır: Tabasko Branding Bureau şirkəti www.facebook.com/tabaskonline. BakuTel sərgisi, SmartHost şirkəti.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
305
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər