NETTY2015 iştirakçıların qəbulunu davam edir

NETTY2015 Azərbaycan Milli İnternet Mükafatında iştirakı ilə bağlı ərizələrin qəbulu davam edir. 200-dən çox sayt, layihə və proqram təminatı artıq iştiraka qəbul edilib. Ən çox layihə “Korporativ saytlar” nominasiyasinda qeydiyyata alinib, ən az isə, hələlik “Dövlət saytı” nominasiyasındadır.
Netty2015
Ənənəvi olaraq, mükafat bir çox layihə, sayt və proqram təminatlarının başlanğıcının platforması kimi çıxış edir. Orta hesala startapların 30%-i birinci dəfə, məhz mükafat çərçivəsində özlərini tanıtdırırlar. Mükafatın təşkilatçıları cari ildə elektron kommersiya sahəsində layihələrin sayının artırılmasını müşahidə edirlər.

Xatırladaq ki, sayt-iştirakçıların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu cari ilin aprelin 24-dək davam edəcək.

Mayın 4-dən, NETTY-nin nominantlarını müəyyən etmək məqsədilə Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi həyata keçiriləcək (Şura hər nominasiya üzrə üç nominant seçir Virtual münsiflər heyəti isə “Sosial şəbəkələrin seçimi” nominasiyasında iştirakçıların ümumi sayından üç nominant seçir). 5 may tarixdə NETTY Akademiyasının səsverməsi başlayır.

Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edəcək. Göstərilən müddət ərzində, müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir. NETTY2015 nominasiyalarının finalçıları rəsmi olaraq təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi — qaliblərə təntənəli surətdə təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər. Mərasiminin tarixi və yeri barədə məlumat daha sonra təqdim ediləcək.

Ənənəvi olaraq müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək:
• Azərbaycan • Dövlət saytı • Elm və təhsil • Mədəniyyət və incəsənət • Cəmiyyət • İnformasiya və xəbərlər • Servis-sayt • Korporativ sayt • Elektron Kommersiya sahəsində ən yaxşı sayt • Əyləncə • İdman• Şəxsi sayt. Müsabiqə çərçivəsində fəxri nominasiyalar üzrə də mükafatlar veriləcək: «Mobil qurğular üçün ən yaxşı proqramlar», “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə”, “İlin İT-hadisəsi”. Sonuncu nominasiya ilə bağlı qaliblər aşağıdakı istiqamətlər üzrə müəyyən ediləcək: • Dövlət hakimiyyəti və idarətmə orqanalrında ən yaxşı İT-layihə • Biznes üçün ən yaxşı İT-layihə • İctimai əhəmiyyətli ən yaxşı İT-layihə (təhsil, maliyyə, idman, mədəniyyət və s.) • Xaricdə, Azərbaycan İT-nin inkişafını nümayiş etdirən İT-layihə

Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
306
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər