"Yahoo" serial biznesinə yönəlir


Dünyanın qabaqcıl texnologiya şirkətlərindən biri olan «Yahoo» bu dəfə serial sahəsinə diqqətini yönəldib. Şirkət yeni çəkiləcək iki yeni komik serialı internet saytı və mobil telefon tətbiqi üzərindən yayımlayacağını açıqlayıb.

Yahoo üzərindən «Other Space » və " Sin City Saints " serialları hər hansı bir ödəniş ödəmədən izlənilə biləcək.

Serialların yaradıcıları arasında " Bridemaids " filminin rejissoru Paul Feig ilə " Smallville " və " One Tree Hill" kimi serialların prodüser və rejissoru Mike Toll də iştirak edir.

«Yahoo»nun yayımladığı bu seriallar Apple TV və Roku cihazları üzərindən də göstəriləcək.

Şirkət həmçinin Live Nation ilə müqavilə bağlayaraq, bir il boyunca hər gün bir konserti canlı olaraq yayımlamağı planlaşdırır.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
313
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər