İnternet tarixinin ən təhlükəli virusu: Heartbleed


İnternet təhlükəsizliyi araşdırmaçıları virtual mühitdə bütün gizli məlumatlarınıza çıxışı asanlaşdıracaq bir virus kəşf etdiklərini açıqlayıblar.Bu virus e-poçtunuzdan bank əməliyyatlarınıza qədər bütün şəxsi məlumatlarınıza çıxış əldə edə bilir.

İnternet saytlarını mühafizə xidməti təqdim edən CloudFlare şirkətinin icraçı direktoru Matthew Prince «Bu internet tarixinin böyük ehtimalla qarşı-qarşıya qaldığı ən böyük virusdur» deyib.

Heartbleed virusu nədir?

Virusun adı Heartbleed. Verdiyi zərər fərdi məlumatların sızdırılması. Heartbleed virusu bu sıralar dünyanı təhdid edir. Tez-tez istifadə olunan internet saytlarından şifrələri oğurlayır. Əgər mütəmadi istifadə etdiyiniz saytların ünvan çubuğunda bir kilid işarəsi görülürsə, o zaman bu virusdan təsirləndiyinizi göstərir.

Virus ilk olaraq sosial media hesablarını hədəf alır. Heartbleed virusu xarici mətbuatın da diqqətini çəkib. Belə kiBBC televiziyası və «Daily Mirror» qəzeti Heartbleed virusuna geniş yer ayırıblar.

Heartbleed virusunu təmizləmək mümkündürmü?


Bir sıra internet nəhəngi hesab olunan şirkətlər isə virusdan müdafiə üsullarını açıqlayıblar. Belə ki, Google Heartbleed virusu ilə bağlı xəbərdarlıq dərc edib.

Təəssüf ki, Heartbleed virusu necə təmizlənər sualının dəqiq bir cavabı yoxdur. Lakin xüsusilə ABŞı təsiri altına alan bu virus üçün internet aləmindəki dünya nəhəngləri istifadəçilərini şifrə dəyişdirmək üçün xəbərdar edirlər.

Mashable şifrəsini dəyişmək zəruriyyəti yaranan sosial şəbəkələrin və saytların siyahısını dərc edib.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
313
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər