Azərbaycan istifadəçilərinin ən çox seçdiyi internet provayder hansıdır?


Bu günlərdə internet provayderimlə əlaqəli bir problem yaşadım. Qeyd edim ki, mən Bakinternet provayderindən istifadə edirəm. Qəribə bir şəkildə local saytlara daxil ola bilirdim, ancaq global saytlara yox. Bu cümləni bir az açası olsam — yəni, hansı saytların ki serverləri Azərbaycandadır onlara daxil olmaq mümkün idi, hansı saytların ki serveri Azərbaycandan kənarda idi onlara daxil olmaq mümkün deyildi. Həm də bu dəfə problem daha uzun vaxt davam elədi. Help desk`ə də zəng edirəm, telefen məşğul göstərir. Əgər kim ki, öz provayderindən tam razıdır, məsləhət görə bilər.
Gördüm məndə problem var, fikirləşdim bir araşdırım görüm ən çox hansı provayder istifadə olunur Azərbaycanda. Bunu araşdırmaq o qədər də asan məsələ deyil. Dəqiq rəqəmləri almaq çətindir. Ancaq belə qərara gəldim ki, ilk10.az`ın bazasından istifadə edəm. Nə qədər olmasa Azərbaycan saytlarının böyük əksəriyyətində həmin sayğac var və statistik məlumatları özündə saxlayır. Təssüfki həftəlik və aylıq olaraq statistikalara baxmaq olmur, ona görədə mən özüm 25-31 yanvar (son həftə) tarixini əsas götürürəm. Həmin müddətə olan rəqəmləri toplayıb, buna görə yerləri müəyyən edəcəm:

1.AZERSAT (sayt boşdur #)
2.Bakinternet
3.AZERONLINE
4.AZTELEKOM
5.Ultel
6.Connect.az
7.SOL
8.TransEuroCom
9.AzEuroTel
10.Intrans
11.Azercell
12.Uninet
13.AZSTARNET
14.AZERIN
15.AzNet
16.AZERFON
17.Adanet
18.AZRENA


Ancaq buradakı rəqəmlər tamamilə həqiqəti çatdırmı. Çünki bəzi provayderlərin IP`ləri Azersat adı altında gizlənir. Digər tərəfdən bəzi provayderlər var ki, heç onlarda Dial-up karları yoxdur, ancaq ADSL xidməti verirlər. Bunları da nəzərə almaq lazımdır. Bu göstərici sadəcə ümumi fikir yaranmasına kömək edir. Mənim istifadə etdiyim, Bakinternet isə demək olar ki, birinci yerdədir. İndi başa düşürəm onların hekp deskinə zəng etməyə çalışanda niyə məndə alınmır. Bu qədər abunəsi olanda və hər kəsdə problem olanda ya hamı birdən zəng edir xəttlər məşğul olur, ya da özləri bezib belə edirlər.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
306
Reytinq
0.00

15 şərh

Farik
Voobshe to, AzerSat ele DeltaTelekomduda)
Shaig
Azərsat Azərbaycanın peykinin adı olaraq nəzərdə tutulmuş bir isimdir.

Ancaq indi hə, ip backbone Deltadır. Kimin IP`si görünmürsədə bunu göstərir.
Emin
AzerSat hər yerdə deyir ki adları dəyişib Delta Telekom olub, lakin IP whois bazasında və hətta ofis ats salamlamasında AzerSat adı istifadə olunur :)
kiber
Tərif ediləsi provayder var ki??? Hamısının hər dəfə bir problemi olur…
Həm tariflərin qiyməti olduğu kimi qalır əvəzində keyfiyyəti aşağı salıb sürəti artırırlar. Sonrada deyirlər qiymətlər aşağı düşüb…
Shaig
Düzdü elədə adamın ürəklə tövsiyyə edə biləcəyi bir provayder olmur. Ancaq indi digərlərinə nisbətdə yaxşılıq prinsipi var.
Baby-boy
Bakinternet lap ağını çıxardıb. Elə olur ancaq lokal saytlara girirsən elə də olur ki, ümumiyyətlə heç bir sayta girmək olmur.
Shaig
Son vaxlarda bu lap çoxaldı. Ümumiyyətlə nəsə xəstəliyi var, bəzən hansısa xarici peyklərlə əlaqəsi kəsilir nədirsə, bəzi ölkələrdən olan saytlara girmir.
KhadirCan
Salam mәn әvvәl Data+ provayderindәn istifadә edirdim onu deyimki elәdә zәif internet vermirdilәr amma kinolara videolara baxa bilmirdim sonra hal hazırki provayderim olan Azdatacoma keçdim vә tamda razıyam youtubede 1080 P kino videolara donmadan baxmaq olur Azdatacomu hәr birinizә mәslәhәt görürәm әminәmki sizdә razı qalacaqsınız.
ramin2016
onu deye bilerem ki 3 dene pravader deyişmişem Bakıinternet,connect,Alfanet her birinde 20 azn-lik internet paketi seçmişem heç biri meni qane etmeyib süret çox zeyifdi.men Moskvaya tez tez gedib gelirem orda telefonda olan süret burda evde yoxdur soyuq havalarda oranın blokunda olan istilik Bakıda evde yoxdur adamın millete lap yazıgı gelir
misirahmed
salam. bele adi ile taninmiw internert perovoyderi olmasina baxmayaraq bakinternet, cox zeif keyfiyyetsiz inetrnet teqdim edir… indi bakinternet provoyderinden stfade edirem, berbad haldadi..z
misirahmed
xidmet cox zeifdir… demeli adsl ve inetrnet modemin 5 deqiqe yandirilmasi muddetinde ooyoxa cixir…
qirilmalar 2 deqiqe erzinde 40 50 mine catir ve bu sebebden internet gedir… awaqida oldugu kimi
Downstream Upstream
SNR Margin
:
6.4 6.7 db
Line Attenuation
:
47.1 30.6 db
Data Rate
:
4096 1017 kbps
Max Rate
:
5120 1136 kbps
CRC
:
20 modem hele 10 saniyedi yanib ve qirilmalar imkan vermir inetrnetin sabit qalmasina..!
misirahmed
baxin burada modem 5 deqiqe yoxdur hec yandirilib artiq 5000 ne catir qirilma.
CRC
:
4426 0
Arif44bb007
Azerbaycanda internetde surret demek olarki yoxdur en yaxsi dedikleri dada plus onlada adice mp3 yuklemek olmur
belede agciliq olmaz buna birsey fikirlesseler yaxsi olar
Profi
Indiki internet sureti Azerbycanda bele yox veziyyetdedir… yaxwi behaneleri var....Yotube acin baxin gorun suret necedir… ele bil ki o saydan bawqa yer uzunde hec bir sayt yoxdur… aaaeee kime gelirsiz ?? besdi camaxatin bawina corab hordunuz… insafda yaxwi weydi… Ozum Azstarnet iwledirdim bir muddet… sonra dediler ki Metronet olub...indide 30 manat 8 MB surete pul verirem bununrain internetin icini men… her iki deyqeden bir internet gedir 2-3 deyqe ara mesafesi ile… indi ay millet deyin gorum men yalvarmaliyam ki bunlar gelib menim internet xettdime baxsinlar? usta cagirmiwam deyir xetdin gull kimidi calaq da bele yoxdur… Metronete zeng edirem gunde bir cur variant gelirler ...ay ne bilim madem al ozune (uje 3 mademdir ki deyiwmiwem heresi 60 manatdan)xettinde problem var… ay ne bilim Atesde problem var ..ay serverimizde problem var ...wikayet yazirsan q..z qoymurlar adama!!!
Profi
Downstream Upstream
SNR Margin
:
19.8 15.3 db
Line Attenuation
:
14.6 8.2 db
Data Rate
:
9400 1022 kbps
Max Rate
:
21864 1335 kbps
POWER
:
19.7 12.1 dbm
CRC
:
49 0

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər