Microsoft, Atlas-ı Facebook-a satdı


Microsoftun online reklam fəaliyyəti və idarə xidməti Atlas, artıq sosial şəbəkə nəhəngi Facebookun oldu.
Facebookun Microsoftun Atlas xidmətini almaq istədiyi haqqında bir müddətdir müxtəlif söz-söhbətlər gəzirdi. Son olaraq Microsoft və Facebook tərəfindən edilən açıqlama ilə birgə Atlas Advertiser Suite-in yeni sahibinin Facebook olduğu bilindi. Facebook xidməti almaqla həm marketingçiləri həm də istifadəçiləri hədəflədiklərini vurğulayır. Hal-hazırda bir çox reklamçının olduğu saytdakı ölçmə sistemləri və istifadəçi interfeysi də təkrar ələ alınacaq və kampaniyaların çox daha asan reallaşdırılması təmin ediləcək. Bu sayədə Facebookun reklam gəlirlərinin daha da artması gözləniləndi.
Seattle mərkəzli Atlasın nə qədər məbləğ qarşılığında satıldığı haqqında hər hansı bir şərh edilmiş deyil. Digər yandan bəzi qaynaqlar 100 milyon dollar kimi bir məbləğdən bəhs edir. Facebook,

Microsoftun 2007-ci ildə 6.3 milyard dollar kimi nəhəng bir məbləğ qarşılığında aQuantive-si almasıyla əldə etdiyi Atlasın satılma səbəbi olaraq zamanın doğru olduğunu söyləyir.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
309
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər