Yahoo və Google reklam razılaşması etdilər.


Axtarış sahəsində bir-biri ilə rəqib olan dünyanın ən böyük axtarış platformalarına sahib Google və Yahoo saytları başqa bir sahədə əməkdaşlıq razılaşması etdilər. Bu reklam sahəsində əməkdaşlıq razılaşmasıdır. Bundan sonra Google, Yahoonun sata bilmədiyi reklam yerlərində öz reklamlarını göstərəcək və gəlirlərini paylaşacaqlar.

Qeyd edək ki, bundan əvvəl Yahoo strateji əməkdaşlıq kimi Microsoftla partnyorluq edirdi. Ancaq Yahoo-nun yeni CEO-su təyin olunandan sonra bu əməkdaşlıqları əvvəlki kimi möhkəm olmadı. Yahoo-nun indiki CEO-su Marissa Mayer, Google şirkətinin əməkdaşlarından olub.

Microsoft tərəfi isə iki şirkətin razılaşmasına münasibət bildirərkən qeyd edib ki, bu razılaşmada Microsoft ilə Yahoo arasında olan razılaşmanın qaydalarına zidd bir maddə yoxdur. Microsoft, Yahoo ilə axtarış sahəsində əməkdaşlığına davam edəcək.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
313
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər