Yahoo, Stamped-ı satın aldı


Ex-Googler Marissa Mayerin CEO-luq kreslosunda əyləşdikdən sonra Yahooda şirkət içi bəzi dəyişikliklər edilmişdi. Bu dəyişikliklər sonrasında Yahoo, Mayer liderliyindəki ilk satın almasını da reallaşdırmış oldu.

Stamped adlı proyekti satın alan Yahoo, əslində bir qabiliyyət satın alması etdi. 9 adamdan ibarət olan qrup, bundan sonra Yahoo üçün xidmət edəcək. İşin maraqlı yanı isə, bu 9 şnəfərlik qrupun hamısının köhnə Google işçiləri olmasıdır. Yəni Marissa Mayer, köhnədən Google-dakı iş yoldaşlarını yenidən işə götürür.

Stamped nə işə yarayırdı?

Stamped adı verilən tətbiq, bir təklif tətbiqidir. Köhnə Google işçilərinin əlindən çıxan bu tətbiq, yoldaşlarınıza və ətrafınıza təklif etmək istədiyiniz hər şeyi bir yerdə tuturdu və bu təklifləri bir araya gətirirdi. Bir iPhone tətbiqi olaraq yola çıxan Stampedin internet saytında da artıq qrupun Yahooya qatıldığı yazır. Yəni bu satın alma xəbəri rəsmi və bu qrup Yahoo üçün bənzər mobil tətbiqlər hazırlanmasında əhəmiyyətli addımlar ata bilər.
Satınalma qiyməti barədə isə məlumatımız yoxdur.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
309
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər