Yahoo-Microsoft razılaşması dəyişilə bilər


Yahoo axtarışdakı əməkdaşlığında yeni «roadmap» çəkmək istəyir.
Yahoo-nun yeni CEO-su Marissa Mayerin bütün idarəçilərlə yığıncaq təşkil etdiyi və şirkətə dair planlarını paylaşdığı deyilir. Ancaq əsas mövzu Mayerin Yahoo ilə Microsoft arasındakı müqaviləni dəyişdirməyi istəməsidir.

2009 dekabr ayında başlayan razılaşmaya görə Bing-in axtarış servisi Yahoo-nun axtarışının nüvəsini meydana gətirməkdə idi. Adsız qaynaqlardan gəldiyi ifadə edilən məlumatlara görə isə Mayer, Microsoftla olan razılaşmanı pozaraq Google ilə yaxınlaşmağı düşünür.

Marissa Mayerin köhnə iş yeri olan Google ilə müqavilə bağlaması bütün nəzərləri bu yaxınlığa çevirəcək. Ayrıca Microsoft razılaşmasından doğulacaq qanuni problemlər də şirkətin başını olduqca ağrıda bilər.

Situasiyanın gələcəkdə necə olacağını birlikdə izləyib görəcəyik.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
309
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər