Google idarə heyətində yer alan Marissa Mayer Yahoo-nun yeni CEO-su oldu!

Googlenin ağ fonlu və olduqca sadə açılış səhifəsinin arxasındakı ad olaraq populyarlaşan Marissa Mayer Yahoonun yeni CEO-su oldu. Xəbəri «The New York Times» verib. Daha əvvəl bu vəzifə üçün müvəqqəti olaraq CEO-luq vəzifəsini icra edən Ross Levinsohnun adı keçirdi.

Mayer Yahoo-nun başına güclü təvrübə ilə keçir. Özü Google-daki ilk qadın çalışan idi, ayrıca şirkətə ilk qatılan çalışanlar arasındaydı. Mayerin Yahoodakı vəzifəsinə başlaması çox uzun zaman almayacaq. Bazar ertəsi günortadan sonra bir telefonla Google-dan ayrılan Mayer çərşənbə axşamı günündən etibarən Yahooda işə başlayır. Mayer Yahoo-nun idarə heyətində də iştirak edəcək.

Mayer verdiyi bir müsahibədə həyatının son 13 ilini verdiyi Google-da mükəmməl zaman keçirdiyini qeyd etdi, ancaq Yahoodakı ən yüksək vəzifəsini qəbul etmənin asan bir qərar olduğunu da dilə gətirdi. Ayrıca Yahoo-nun İnternet üzərindəki ən yaxşı markalardan biri olduğunu da sözlərinə əlavə etdi. Yahoo-nun yeni CEO-su strategiyasının İnternet şirkətinin e-poçt, maliyyə və idman kimi güclü xidmətlərindən fayda qazanmaq üzərinə qurulacağını, ayrıca video və mobil iş fəaliyyətləriylə əlaqədar daha çox şey etməyi ümid etdiyini də dilə gətirdi.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
309
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər