GoMap.Az mobil versiyasının və Gürcüstan ərazisinin xəritəsinin hazırlanmasına da start verilmişdir

Press-reliz: Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış GoMap.az Online naviqatorunun mobil versiyasının hazırlanmasına start verilmişdir. Ən yaxın zamanda bu proqram mobil telefon istifadəçilərinə təqdim olunacaq. İlkin planlara görə, mobil versiya Eurovision müsabiqəsindək istifadəyə veriləcəkdir.

GoMap.Az Online naviqatorunda obyektlərin sayı artıq 65 632-dir. Bununla GoMap.az Azərbaycanın ən ətraflı elektron xəritəsidir. Yenilənmiş GoMap.az saytında obyektlərin sayının artırılması ilə yanaşı bir sıra yeni funksionallar da əlavə edilmişdir.

Yeniliklər sırasında “Mənim obyektlərim” menyusundan hər bir istifadəçi xəritəyə öz obyektlrini daxil edib şəxsi xəritə yarada bilər və onu təqdim edilən keçid kodu(URL) vasitəsilə digər istifadəçilərlə bölüşə bilər. Bu zaman həm də obyektlərə və/və ya ümumi xəritəyə istənilən informasiya əlavə edilə bilər.

VEB sayt tərtib edən mütəxəssislər üçün yaradılmış, “Seçilmiş obyektlər”, menyusunun köməyi ilə, üzərində qeyd olunmuş (seçilmiş) obyektlər olan interaktiv xəritə fraqmentini başqa saytlarda yerləşdirmək olar.

Burada həmçinin üzərində seçilmiş obyektlər olan, tam elektron xəritəyə keçid kodu(URL) da almaq olar. Bu adətən, ayrı-ayrı yerlərdə yerləşmiş, bir neçə müəssisəsi olan şirkətlərə və ya mal dağıtım şirkətlərinə lazım olur. Gələcəkdə həm də bu obyektlər arasında naviqasiya imkanlarının tətbiqi nəzərdə tutulmuşdur.

İndi artıq saytla işləmə qaydalarını, istifadəçilərimiz, “Yardım” menyusunda, bunun üçün xüsusi yaradılmış video faylların köməyi ilə öyrənə bilərlər.

Mütəxəssislərimiz Azərbaycanın elektron xəritəsi ilə yanaşı Gürcüstanın da elektron xəritəsini hazırlayırlar. Ən yaxın zamanda GoMap.Az portalı Gürcüstanı da əhatə edəcək.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
309
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər