Yahoo, Hulu üçün 2 milyard dollar təklif edir


Bir vaxtların ən populyar saytı Yahoo gedərək öz mövqeyini itirir. 2-ci rübün hesabatında da, bu özünü göstərdi və Yahoo rübü ziyanla bağladığını açıqlamışdı. Ancaq bu mənfi xəbərlərə baxmayaraq Yahoo-nun yeni bir satınalma etmək istədiyi deyilir
Texnologiya bloglarında Google və Microsoftunda almaq istədiyi deyilən Hulu-nun sahibi olmaq istəyən növbəti şirkət deyilənə görə Yahoo-dur. Yahoonun, Hulunun sahiblərinə (Disney, News Corporation, Comcast ve özəl sərmayə şirkəti) etdiyi təklif isə 2 milyard dollardır. Ancaq bir şərtlə: 4 və ya 5 il boyunca televiziya proqramlarına və köhnə filmlərə yalnız Hulunun icazəsi olacaq və bunların yayım haqqlarına sahib olacaq. Bloomberg isə yayımladığı xəbərdə Hulunun indiki sahiblərinin satın alacaq firmaya 5 illik icazə və yalnız 2 illik yayım haqqı verə biləcəyini qeyd edib.
Başqa bir maraqlı cəhət isə Hulu-nun adının məhz Yahoo ilə bir çəkilməsidir. Çünki Yahoo qısa müddət əvvəl xərclərinin çoxluğuna və şirkətin gələcək siyasəti ilə uyğunlaşmadığına görə video xidmətini dayandırdı. Yenidən isə video ilə əlaqəli bir servisə maraq göstərirlər. 

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
309
Reytinq
0.00

2 şərh

şərh silindi
Sadig
Bu gün oxuduğum xəbərə görə Apple da Hulu ilə ciddi maraqlanır: mashable.com/2011/07/21/apple-to-buy-hulu/

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər