Delicious-u Youtube qurucuları, Yahoo-dan aldı


Sosial əlfəcin (bookmark), qısayol saxlama və paylaşma platforması Delicious-un gələcəyi artıq naməlum deyil. 2003 sonunda qurulan, 2005-in son ayında Yahoo!-un satın aldığı sayt, artıq YouTube qurucuları Chad Hurley və Steve Chenin yeni qurduğu AVOS-un olacaq. Deyilənə görə satış 5 milyon dollara reallaşıb. Ancaq bu dəqiq məlumat deyil. Bu rəqəm Yahoo!-nun servisi almağına nisbətdə çox kiçik məbləğdir.

Yahoo! bu il bir neçə servisini bağlamaq qərarı almışdı və bunlar arasında Delicious da var idi. Sonradan servisi bağlamaq yerinə onu satmaq qərarına gəldilər.

Mövzuyla əlaqədar elanda Delicious mövcud müştəri məlumatlarının qorunacağına və sistemin yaxşılaşdırılacağına vurğu etdi. Bu sadiq istifadəçilər üçün əhəmiyyətlidir çünki Delicious uzun müddətdir olduğu yerdə sayırdı. Planlar arasında boruserlər üçün əlavələrin də inkişaf etdirilməsi var.

Yahoo!ın İyul 2011-ə qədər Deliciousu dəstək olub ardından təhvil verməsi planlanır. İstifadəçilərin də indidən sistemə daxil olub məlumatlarının Yahoo!-dan AVOS-a transferə icazə vermələri tövsiyə edilir.

AVOS-a gəldikdə isə hələki yeni quruldu və Delicious-dan başqa bir servisi olub olmadığı bilinmir.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
309
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər