Adam.az imkanları genişləndirir

Hörmətli ziyarətçilər!

Azərbaycanın ən böyük bioqrafiya bankı olan Adam.az saytı bu ilin aprel ayında 3 illiyini qeyd edəcək. Bu 3 il ərzində saytda 2000-ə yaxın bioqrafiya yerləşdirilib. Saytın abunəçilərinin sayı 800 nəfərdən artıq, günlük sabit ziyarətçi isə 400-600 nəfər təşkil edir.

Azərbaycanda ilk uzun ömürlü bioqrafiya bankı olduğunu nəzərə alaraq bu rəqəmlər kifayət qədər ciddi auditoriyanın toplandığını deməyə əsas verir. Daha çox iş görmək, daha geniş auditoriyanı toplamaq üçün oxucuların köməyinə ehtiyyac var.

Hazırda Adam.az saytı Azərbaycan internet məkanında ilk və daimi yenilənən yeganə bioqrafiya bankıdır.

Wikipedia olduğu halda, Adam.az saytına nə ehtiyayc var? Düşünənlərə isə bildirək ki, Wikipedia virtual ensiklopediya olduğu halda, Adam.az-da sırf sistemləşdirilmiş bioqrafiyalar toplusudur.

Məqsədimiz Azərbaycanda və onun hüdudlarından kənarda istər müasir dövrümüzdə, istərsə də illər öncə yaşayan tanınmış insanlara, ictimai fəaliyyətlə məşğul olan şəxslərə həsr olunub. Əsas məqsədimiz Azərbaycan internetində operativ, daim yenilənən, dolğun «Kim kimdir» mövzulu elektron tipli açıq məlumat bazasını sistemli şəkildə oxucuların istifadəsinə verməkdir.

Qonşu dövlətlərdə bir neçə bioqrafiya bankı olduğu halda Azərbaycanda yalnız Adam.az saytı fəaliyyətdədir. Amerika 18, Fransa 13, Rusiya 8, Türkiyə 3, Rusiya 6 bioqrafiya bankı mövcuddur.

Beləliklə dəyərli internet istifadəçiləri, əlinizdə hazır bioqrafiyalar olduqda bizə göndərin. Mənbə olaraq hazırladığınız yazını haradan götürməyinizi qeyd edin. İstəyinizə uyğun olaraq bioqrafiyaların hazırlanmasında Sizin adınızı göstərə bilərik.

Bioqrafiyaları göndərmək üçün, [email protected] və ya [email protected] ünvanından istifadə etmək mümkündür.

Aid olduğu bloglar

İnternet

İnternetdən yeniliklər, xəbərlər.

Oxucuları
13
Başlıqları
313
Reytinq
0.00

2 şərh

Shaig
Çox yaxşı resursdur. Lazımlıdır. Uğurlar. Ümid edirəm davamlı olar.

Saytın əsas səhifəsində ən lazımlı funksiya axtarışdır, o isə mövcud deyil. Əlavə olunmalıdır. İnternet kateqoriyasında — www.adam.az/az.php?go=headlines&category=17 Emin Milli, Adnan Hacizadə olmasına baxmayaraq Elnur Baimov kimi və buna bənzər bir sıra digər internet, texnologiya sahəsində adı çəkilməli olan insanla yoxdur.
Bir də müassirləşən zamanda saytın da bir sıra yeniliklərə ehtiyacı var. Məsələn Osman Gündüz — www.adam.az/az.php?subaction=showfull&id=1204885444&archive=&start_from=&ucat=17,18,55&go=headlines&category=17
Onun Facebook, Twitter hesablarına keçid, proyektlərinə hiper link və s. lazımdır.

tural_kerimov
Ilk, yeganə sözlərini işlətməkdən çəkinin.
Kataloq.net-in şəxslər bölümü də var.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər