Xəzər Universitetində məktəblilərlə görüş- FOTO

14 fevral 2013-cü il tarixində Xəzər Universitetində məktəblilər arasında fizika-kimya, riyaziyyat olimpiyadasının qalibləri ilə görüş keçirilib. İlk olaraq tədbiri Xəzər Universitetinin direktorlar və qəyyumlar şurasının sədri Hamlet İsaxanlı açıb. Daha sonra Xəzər Universitetinin müəllim-dosent heyəti məktəblilərə düzgün ixtisas seçimi ilə bağlı xüsusi təqdimatlar ediblər.

Pedaqoji elmlər üzrə fəlsəfə doktoru İsaxan İsaxanlı öz təqdimatında Xəzər Universitetinin yaranma və inkişaf tarixindən, oradakı fakültələr, ixtisaslar haqqında geniş məlumat verdi. Bundan başqa universitetin tələbələ və məzunları haqqında da danışdı. Xəzər Universiteti geniş kitabxana və informasiya mərkəzinə malikdir. Məzunlarının sayı 2000-ə bərabərdir. İsaxan İsaxanlı çıxışının sonunda Xəzər Universitetinin dünyanın ən yaxşı ali məktəbləri sırasında olduğu xüsusilə qeyd etdi.

Fizika və riyaziyyat üzrə fəlsəfə doktoru Nuru Səfərov isə öz təqdimatında Elektronika, Telekommunikasiya və Radiomühəndislik departamentindən, departament yüksək ixtisasa malik mütəxəssislər hazırlamaq üçün yeni, müasir laboratoriyalarından, ixtisaslı kadr yetişdirmək üçün həmin laboratoriyalarda olan imkanlardan danışdı.

Neft və Qaz Mühəndisliyi Departamentinin sədri Qəşəm Zeynalov məktəblilərə öz çıxışında neft-qaz mühəndisliyi ixtisasından söz açdı. Həmçinin o, öz təqdimatında departamentin məqsəd və vəzifələri, neft-qaz mühəndisliyi üzrə təhsil proqramları, neft və qaz yataqlarının modellənməsi laboratoriyasından da danışdı.

Tədbirin sonuna doğru “İlk Addımlar tədris portalı”nın təsisçisi, “Xəzər İnternet İnstitutu”nun direktoru Rəşad Əliyev “Müasir dövrün peşəsi” adlı təqdimatı ilə məktəblilərə maraqlı bir çıxış təqdim etdi. O, məktəbliləri dünyanın ən ağıllı və ağılları gücünə zəngin olan şəxslərlə tanış etdikdən sonra ixtisas seçimində şagirdlərə öz töhvəsini verdi. İnformasiya Texnologiya sahəsində daha böyük nailiyyətlər əldə etmək istəyən məktəblilərə yeni sosial şəbəkələrin və ya mobil tətbiqlərin yazılması üzrə daha çox biliyə malik olmağa çağırdı. Bunun üçün isə ilk növbədə kitab oxumaq daha sonra təcrübələrdə aktiv iştirak etmək vacib olduğunu söylədi.

Tədbir Xəzər Universiteti və Nizami rayonu İcra Hakimiyyəti tərəfindən təşkil olunub. Sonda universitet kollektivi ilə şagirdlər, məktəb müəllimləri ilə birlikdə xatirə şəkli çəkildi.

Xəzər Universiteti Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir. Xəzər Universiteti professor Hamlet İsaxanlı tərəfindən təsis olunub. Mövcud olduğu illər ərzində müxtəlif dərgi və televiziya sorğuları, tələbələr arasında keçirilən sorğular, qeyri-hökumət təşkilatlarının apardığı tədqiqatlar, beynəlxalq komissiyaların dəyərləndirmələri, beynəlxalq şirkətlərin rəyi, beynəxalq reytinqlər və sairlərdə Xəzər Universiteti Azərbaycanın, eləcə də Qafqaz və Mərkəzi Asiyanın, Yaxın Şərqin və Şərqi Avropanın ən yaxşı ali məktəblərindən biri olaraq qiymətləndirilib. Xəzər Universiteti ən ciddi və müasir ali məktəb, güclü elm və mədəniyyət ocağı kimi ictimai rəy qazanmışdır.

Tədbirdə çıxışlar zaman olan təqdimatları buradan izləyə bilərsiniz.














Aid olduğu bloglar

Ilkaddimlar.com

ilkaddimlar.com — Weboxu blogu

Oxucuları
76
Başlıqları
22
Reytinq
11.36

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər