6 nəfər sertifikat sahibi oldu

“İlk Addımlar” komandasının korporativ müştərilər üçün həyata keçirdiyi İT mövzusunda web texnologiyanın proqramlaşdırması kurslarının fəaliyyəti uğurla davam edir.

Keçən yazıda məlumat verdiyimiz kimi ilk təlimlər “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi”nin “Məlumat Hesablama Mərkəzi”ndə (MHM) keçirilir. İlk dərsin mövzusu “PHP” proqramlaşdırma dilinin birinci mərhələsi sona çatdıqdan sonra iştirakçılar imtahan verib, müxtəlif dərəcəli sertifikat sahibi oldular.

Bu günlərdə sona çatan növbəti dərsin mövzusu isə “PHP” proqramlaşdırma dilinin ikinci mərhələsi oldu. Rəşad Əliyev tərəfindən tədris olunan dərslər uğurla bitdikdən sonra iştirakçılar bu mövzuda biliklərini yoxlamaq üçün imtahan verdilər. Həmin imtahanlardan uğurla keçən 6 iştirakçı müxtəlif dərəcəli (qızıl, gümüş) sertifikat sahibi oldular.



Davamlı olaraq keçirilən “PHP” dərsləri sona çatdıqdan sonra Java Script, Ajax texnologiyası mövzuları MHM-də kurs iştirakçılarına tədris olunacaq.

“İlk Addımlar” layihəsinin həyata keçirdiyi korporativ müştərilərə informasiya texnologiya sahəsindəki web texnologiyanın proqramlaşdırması kursları müxtəlif dövlət orqanlarının, şirkətlərin istəyi ilə təşkil edilir. Kurs daxilində iştirakçılar İT sahəsində biliklərini artıra və yeni təcrübə əldə edə bilərlər.

Layihə çərçivəsində dərslər "İlk Addımlar" tədris portalının rəhbəri Rəşad Əliyev tərəfindən tədris edir. Gələcəkdə dərslər “İlk Addımlar” komandasının digər üzvləri tərəfindən keçiriləcək.

Aid olduğu bloglar

Ilkaddimlar.com

ilkaddimlar.com — Weboxu blogu

Oxucuları
81
Başlıqları
24
Reytinq
11.36

2 şərh

şərh silindi
Robinmax
Greatly composed article, if just all bloggers offered the same substance as you, the web would be a much better place.
WWW.Avriq.com
Avriq India

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər